Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri Milli Qəhrəman İlqar Mirzəyevin məzarını ziyarət ediblər

08 may 2026 | 17:53

08.05.2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyəti nümayəndələri, 98 saylı tam orta məktəbin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın Milli qəhrəmanı Mirzəyev İlqar Anzor oğlunun məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin əziz xatirəsi böyük ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

Çıxış edənlər bildiriblər ki, Vətən uğrunda canından keçən igid oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin qanı bahasına qazanılan tarixi Qələbə Azərbaycanın gücünü, xalqımızın birliyini və ordumuzun yenilməz ruhunu bütün dünyaya nümayiş etdirib. Onların müqəddəs xatirəsi hər zaman dərin hörmət və sonsuz minnətdarlıq hissi ilə anılır.

Tədbir iştirakçıları qeyd ediblər ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şəhidlərimizin ailələri xalqımız üçün əmanət, onların övladları isə Vətənə sədaqətin və qəhrəmanlığın canlı nümunəsidir.

Vurğulanıb ki, canı bahasına şanlı tariximizi yazan şəhidlərimiz bizim qürur mənbəyimiz, baş tacımızdır. Onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün örnək olaraq yaşayacaq, əziz xatirələri isə xalqımızın qəlbində daim əbədi qalacaq.

Keçidlər