Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəblərində maarifləndirici tədbirlər təşkil olunub

15 may 2026 | 17:13

Xətai rayonu ümumtəhsil məktəblərində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə Respublika Narkoloji Mərkəzinin nümayəndələri və rayon Polis İdarəsinin rəis müavini, İdris Məhərrəmov iştirak edib.

Çıxışlar zamanı müasir dövrün ən ciddi sosial bəlalarından biri hesab olunan narkomaniyanın insan sağlamlığına və cəmiyyətin gələcəyinə yaratdığı təhlükələrdən geniş bəhs olunub. Bildirilib ki, narkotik vasitələr insan orqanizmini zəiflədir, psixoloji və fiziki asılılıq yaradır, gənclərin sağlam inkişafına ciddi mənfi təsir göstərir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda ailə, məktəb və cəmiyyətin birgə məsuliyyətidir. Gənclərin sağlam həyat tərzinə təşviqi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyi vurğulanıb.

Sonda azyaşlılar arasında tütün məmulatları və alkoqollu içkilərin istifadəsi və yayılmasının qarşısının alınması sahəsində ölkəmizdə mövcud hüquqi baza barədə ətraflı məlumat verilib. Tədbir “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici videoçarxın nümayişi ilə yekunlaşıb.

Keçidlər