Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəblərində uşaq hüquqları mövzusunda maarifləndirici tədbirlər baş tutub

17 noyabr 2025 | 15:14

Xətai rayonunun ümumtəhsil məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlərdə rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəaların uğurla icra olunduğunu vurğulayıblar.

Bildirilib ki, 2023-cü ildə ölkəmizin qoşulduğu BMT-nin “Uşaq Hüquqları Haqqında Konvensiyası”nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd Konvensiyanın prinsiplərinə uyğun olaraq, uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının effektiv müdafiəsi, bu sahədə məlumatlılığın genişləndirilməsi və uşaqların öz hüquqlarını dərindən mənimsəməsinə şərait yaratmaqdır.

Tədbirlərdə həmçinin qeyd olunub ki, “Uşaq hüquqları aylığı”nın əsas məqsədlərindən biri 20 noyabr – Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərin daha da gücləndirilməsidir.

Məktəblərdə keçirilən tədbirlərdə şagirdlər günün mahiyyətini əks etdirən müxtəlif səhnəciklər, şeirlər və musiqi nömrələri ilə çıxış ediblər.

Keçidlər