Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon ümumtəhsil məktəblərində 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib

26 may 2026 | 15:59

28 May – Müstəqillik Günü münasibətilə Xətai rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər təşkil olunub.

Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan dövlətçiliyinin tarixi və müstəqilliyimizin əhəmiyyəti barədə ətraflı məlumat vermək, onlarda vətənpərvərlik hisslərini daha da gücləndirmək olub.

Tədbirlərdə şagirdlər müstəqillik mövzusunda şeirlər səsləndirib, vətənpərvərlik ruhunda hazırlanmış səhnəciklər nümayiş etdiriblər. Eyni zamanda müstəqillik tariximizə həsr olunmuş videoçarxlar təqdim edilib, şagirdlərin hazırladığı əl işləri və rəsm əsərlərindən ibarət sərgilər nümayiş olunub.

Məktəb rəhbərləri və müəllimlər çıxışlarında Azərbaycanın müstəqilliyinin qorunmasının hər bir vətəndaşın müqəddəs borcu olduğunu vurğulayıb, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin vacibliyini qeyd ediblər.

Sonda Müstəqillik Gününün ölkəmizin tarixində xüsusi əhəmiyyət daşıdığı bir daha diqqətə çatdırılıb.

Keçidlər