Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 28 may-Respublika Gününə həsr olunmuş “Azərbaycanım” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı baş tutub+VİDEO

23 may 2026 | 17:11

Mayın 23-də Xətai rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanım” IX Beynəlxalq Uşaq və Gənclər Rəsm Festivalı keçirilib.

https://www.facebook.com/reel/27739288849007910

Xətai rayon İcra Hakimiyyətinin qarşısında təşkil olunan tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müstəqillik tariximizin şanlı və zəfər dolu səhifələrindən geniş bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyini və sarsılmazlığını təmin edib. Ulu Öndərin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Qeyd olunub ki, bu gün dünyada Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana böyük hörmət və yüksək qiymət verilir. Tarixi Zəfərinin yaratdığı reallıqlarla Azərbaycan beynəlxalq diqqət mərkəzindədir.

Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva və YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışlarında Azərbaycanın zəngin dövlətçilik tarixindən danışıblar. Bildirilib ki, tariximizin hər bir səhifəsi xalqımız üçün əzizdir və bu günün əsas vəzifələrindən biri müasir, müstəqil və qalib Azərbaycanın hansı əsaslar üzərində qurulduğunu gənc nəsillərə çatdırmaqdır. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün, eləcə də Naxçıvan mərhələsinin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanma və dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib, yeni Azərbaycanın təməlini qoyub.

Tədbirdə həmçinin vurğulanıb ki, 1993-cü ildən başlanan inkişaf yolu Azərbaycana böyük uğurlar qazandırıb. Məhz möhkəm siyasi və iqtisadi təməl üzərində ölkəmiz yeni hədəflərə doğru inamla irəliləyir. Son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti bütün sahələrdə uğurla davam etdirilərək Azərbaycan tarixi Zəfərə qovuşub. Bildirilib ki, müstəqilliyimizin və suverenliyimizin əbədiliyinin təmin olunması naminə dünya azərbaycanlıları azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşiblər.

Daha sonra Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseynli festival barədə fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, uşaqların və gənclərin rəssamlığa böyük maraq göstərməsi Azərbaycan xalqının yaradıcı ruhunu bir daha nümayiş etdirir. Bildirilib ki, gənc rəssamlar öz əsərləri və rənglərin dili ilə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa xüsusi həvəs göstərirlər.

Tədbir musiqi nömrələri ilə davam edib. Müsabiqə iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom, yerlərə görə hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər