Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Antiterror şəhidi Daşdəmirov Sahib Natiq oğlunun adını daşıyan küçənin açılışı olub

25 aprel 2026 | 12:15

Xətai rayonunda Antiterror şəhidi Daşdəmirov Sahib Natiq oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin nümayədələri, şəhid ataları, şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhuna dualar oxuyublar. Çıxış edənlər Antiterror əməliyyatları zamanı canından keçən qəhrəmanların Vətən qarşısında misilsiz xidmətlərindən bəhs edərək, onların xatirəsinin daim uca tutulmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıblar.

Qeyd olunub ki, Sahib Daşdəmirov göstərdiyi igidlik və şücaətlə Azərbaycan əsgərinin mərdliyini bir daha sübut edib, öz canını Vətən torpaqlarının müdafiəsi uğrunda fəda edərək şəhidlik zirvəsinə ucalıb. Onun adının küçəyə verilməsi isə gələcək nəsillər üçün həm örnək, həm də vətənpərvərlik dərsi kimi böyük əhəmiyyət daşıyır.

Daha sonra şəhidin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda küçənin yeni adını əks etdirən lövhənin üzəri açılıb və iştirakçılar şəhidin xatirəsini ehtiramla yad ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!

Keçidlər