Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Antiterror şəhidi Rüstəmov Vüsal Rüstəm oğlunun adını daşıyan küçənin açılışı olub

01 iyul 2026 | 17:08

01.07.2026-cı il tarixində Xətai rayonunda Antiterror şəhidi Rüstəmov Vüsal Rüstəm oğlunun adını daşıyan küçənin açılış mərasimi keçirilib. Mərasimdə Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim dərin ehtiramla yad edilir. Şəhidin ailə üzvləri və yaxınları onun qəhrəmanlıq yolundan, Vətənə sədaqətindən və göstərdiyi şücaətdən söz açıblar. Daha sonra şəhid Rüstəmov Vüsal Rüstəm oğlunun adının əks olunduğu küçə lövhəsi adını daşıyan küçəyə quraşdırılıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər