Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Buta" rəqs qrupunun konserti keçirilib

02 sentyabr 2026 | 22:54

02.09.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə "Buta" rəqs qrupunun konserti keçirilib. 

Tədbirdə rayon sakinləri, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də çoxsaylı tamaşaçılar iştirak ediblər.

Konsert proqramı Azərbaycan milli rəqsləri ilə yanaşı, müxtəlif xalqların rəqs nümunələrindən ibarət maraqlı kompozisiyalarla zəngin olub. “Buta” rəqs qrupunun üzvlərinin peşəkar ifaları, rəngarəng səhnə quruluşu və milli musiqi nümunələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirin keçirilməsində əsas məqsəd milli-mədəni dəyərlərin təbliği, rəqs sənətinin inkişafına dəstək göstərilməsi və rayon sakinlərinin asudə vaxtının səmərəli təşkil olunması olub.

Konsert xoş ovqat və yaddaqalan musiqi nömrələri ilə başa çatıb.


 
Keçidlər