Xətai rayonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğuna dair maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli, 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsinə dair Tədbirlər Planının 8.5.3 və 8.5.2 yarımbəndlərinin Xətai rayonunda icrasının təmin edilməsi məqsədilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edənlər cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyasının, onların məşğulluğunun təmin edilməsinin və sosial adaptasiyasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulamışlar. Bildirilmişdir ki, bu kateqoriyadan olan şəxslərin əmək bazarına inteqrasiyası məqsədilə dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri tətbiq edilir, aidiyyəti qurumlar və işəgötürənlər arasında əməkdaşlıq genişləndirilir.
Görülən işlər nəticəsində Xətai rayonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş 16 nəfər şəxs Dövlət Məşğulluq Agentliyi tərəfindən münasib işlərlə təmin olunub.
Qeyd edilmişdir ki, maarifləndirmə tədbirlərinin təşkili, sahibkarlarla görüşlərin keçirilməsi və uğurlu məşğulluq təcrübələrinin təşviqi həmin şəxslərin işlə təmin olunmasına, sosial fəallığının artırılmasına və təkrar hüquqpozma hallarının qarşısının alınmasına mühüm töhfə verir. Bu istiqamətdə dövlət qurumları, sahibkarlar və ictimaiyyət arasında birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Tədbirin sonunda fikir və təklifləri dinlənilmiş, suallar cavablandırılmışdır. Görüş iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, gələcəkdə bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanmışdır.






