Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Çörək” kukla tamaşası nümayiş olunub

19 sentyabr 2026 | 22:24

Sentyabrın 19-da Xətai rayonunda uşaqlar üçün “Çörək” kukla tamaşası nümayiş olunub.

Tamaşa Heydər Əliyev adına İstirahət Parkının amfiteatrında keçirilib. Tədbir Xətai rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Uşaqlar üçün hazırlanmış tamaşada çörəyin insan həyatındakı əhəmiyyəti, zəhmət və əməyin dəyəri, milli-mənəvi dəyərlər əyləncəli kukla obrazları vasitəsilə təqdim olunub. Rəngarəng dekorasiya və obrazlar balaca tamaşaçıların marağına səbəb olub.

Tədbir çərçivəsində uşaqlar maraqlı səhnə nümayişini izləməklə yanaşı, asudə vaxtlarını da xoş əhval-ruhiyyə ilə keçiriblər.

Keçidlər