Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda gənc istedadların“Təbəssüm üçün musiqi” adlı konserti keçirilib+VİDEO

30 avqust 2026 | 22:48

30 avqust 2026-cı il tarixində Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə gənc istedadların“Təbəssüm üçün musiqi” adlı konserti keçirilib.

https://www.youtube.com/shorts/NNfUtBaxd94

 Tədbir rayon sakinlərinin, xüsusilə gənclərin və musiqisevərlərin böyük marağına səbəb olub. Konsert proqramında müxtəlif musiqi nümunələri səsləndirilib, tamaşaçılara xoş və yaddaqalan anlar bəxş edilib.

Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində bu cür mədəni-kütləvi tədbirlərin keçirilməsi rayon sakinlərinin asudə vaxtının səmərəli təşkilinə xidmət edir.

Keçidlər