Xətai rayonunda gənc müğənni Lalə İbrahimovanın konserti keçirilib
31 iyul 2026 | 22:41
31.07.2026-cı il tarixdə Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində gənc müğənni Lalə İbrahimovanın iştirakı ilə konsert proqramı keçirilib.
Musiqi axşamında sənətçi repertuarında yer alan sevilən mahnıları canlı ifa edib. Konsert proqramı parkda istirahət edən sakinlər tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar ifaları alqışlarla qarşılayaraq musiqili gecəyə xüsusi ab-hava qatıblar.
Tədbir boyunca müxtəlif janrlarda səsləndirilən mahnılar dinləyicilərə xoş anlar yaşadıb. Gənc müğənni tamaşaçılara göstərdikləri diqqət və dəstəyə görə təşəkkürünü bildirib.
Konsert xoş əhval-ruhiyyə şəraitində başa çatıb və iştirakçılar xatirə fotoları çəkdiriblər.






