Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” mövzusunda maarifləndirici tədbir keçirilib

30 aprel 2026 | 09:16

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  rayon İcra Hakimiyyəti və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə “Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, hüquq-mühafizə orqanları və Xətai bələdiyyəsində yaradılmış "Gender Bərabərliyi Komissiyası"nın nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı görülmüş işlərdən geniş bəhs edilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan qısa müddət sonra ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində əsaslı addımlar atılmış, normativ hüquqi baza formalaşdırılmış və institusional mexanizmlər yaradılmışdır. Gender amilinin ümumi siyasətə daxil edilməsi üzrə səylər qadınların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində təmsil olunmalarına imkan vermişdir. Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan vermiş və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına səbəb olmuşdur.

 Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında”  Azərbaycan Respublikasının Qanunun  qəbul edilməsi isə qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaratmışdır.  

Keçidlər