Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda III Kəlağayı Festivalı təşkil olunub+VİDEO

22 may 2026 | 22:05

22.05.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Şəhərsalma və Memarlıq ili çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombutsman), Bakı şəhər Mədəniyyət Baş İdarəsi, Xətai rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Xətai rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə  III Kəlağayı Festivalı təşkil olunub. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın layihə rəhbəri olduğu “Susmayan Həqiqətlər: Deportasiya, Soyqırım, Etnik təmizləmə"  mövzusunda sərgi nümayiş etdirilib.

https://www.youtube.com/watch?v=_I3gl72sm5Q

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev,Milli Məclisin deputatları Əli Hüseynli, Vüqar Rəhimzadə, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, rayon ictimaiyyətinin nümayəndələri, tanınmış müğənnilər, aşıqlar,  şairlər, şəhid anaları, rayon sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər festivalla bağlı fikirlərini bölüşüb, kəlağayıdan, onun tarixindən danışıblar. Qeyd olunub ki, kəlağayı nənələrimizdən bizə qalan mənəvi mirasdır. Kəlağayıya, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə diqqət, qayğı, onun yüksək səviyyədə təbliği, tanıdılması bu günkü və gələcək nəsillərin tərbiyəsində, Vətənini, millətini sevən nəsil yetişdirməkdə mühüm məsələdir.

Xatırladaq ki, kəlağayı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə tanıdılıb. 

Bu əlamətdar hadisənin 10 illik yubileyi münasibətilə 2024-cü ildə keçirilmiş I Kəlağayı Festivalı da Xətai rayonundan başlanaraq, ölkəmizin müxtəlif bölgələrində və xaricdə uğurla davam etdirilmişdir. 

Tədbir tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.

Keçidlər