Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib

19 iyun 2026 | 16:00

Xətai rayonunun ümumtəhsil məktəblərində, səhiyyə və mədəniyyət müəssisələrində 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edərək insan hüquq və azadlıqlarının qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Çıxışlarda bildirilib ki, “İnsan Hüquqları Aylığı”nın əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ölkədə həyata keçirilən tədbirlərin, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Dayanıqlı İnkişaf Məqsədlərinin, qüvvədə olan qanunvericilik aktlarının, eləcə də dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər strateji sənədlərin icrasının səmərəliliyinin artırılmasına töhfə verməkdir.

Eyni zamanda, tədbirlər çərçivəsində ayrı-seçkilik, erkən nikahlar, məişət zorakılığı, narkomaniya və korrupsiya kimi mənfi hallara qarşı mübarizənin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, cəmiyyətdə hüquqi təfəkkürün və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının təmin olunması istiqamətində əldə edilmiş nailiyyətlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılığın artırılması aylığın əsas prioritet istiqamətlərindəndir.

Keçidlər