Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda iyul ayı ərzində təmizlik və yaşıllaşdırma tədbirləri davam etdirilib

01 avqust 2026 | 12:05

Xətai rayonunda iyul ayı ərzində ətraf mühitin mühafizəsi, sanitar vəziyyətin yaxşılaşdırılması və yaşıllıq sahələrinin qorunması istiqamətində kompleks təmizlik və abadlıq tədbirləri davam etdirilib.

Rayonun prospekt, küçə və məhəllələrində mütəmadi olaraq məişət tullantılarının yığılması, yol və səkilərin yuyulması, həyətlərdə sanitar təmizlik işlərinin aparılması təmin edilib. Eyni zamanda, park və istirahət guşələrində, yaşıllıq zolaqlarında aqrotexniki qulluq işləri görülüb, ağac və kollar suvarılıb, qazon sahələrinə qulluq göstərilib.

Kommunal xidmət əməkdaşları tərəfindən mövsümə uyğun olaraq qurumuş budaqların budanması, alaq otlarının təmizlənməsi və yaşıllıq ərazilərinin səliqəyə salınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bununla yanaşı, sakinlərin rahatlığı və ətraf mühitin təmiz saxlanılması məqsədilə məhəllədaxili ərazilərdə də genişmiqyaslı təmizlik işləri aparılıb.

 

Keçidlər