Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Milli Qəhrəman Elşad Yəhyayevin anadan olmasının 60 illik yubileyi 56 nömrəli məktəbdə qeyd olunub

07 may 2026 | 10:21

06.05.2026-cı il tarixdə Xətai rayonunda Birinci Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Elşad Yəhyayevin anadan olmasının 60 illik yubileyi onun adını daşıyan 56 nömrəli tam orta məktəbdə böyük ehtiram və təntənə ilə qeyd olunub. Tədbirdə dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Milli Qəhrəmanın ailə üzvləri, hərbçilər, şəhid anaları, rayon dövlət qurumlarının nümayəndələri, ziyalılar, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edənlər Elşad Yəhyayevin Vətən uğrunda göstərdiyi şücaətdən, onun döyüş yolundan və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük örnək olmasından bəhs ediblər. Bildirilib ki, xalqımız öz qəhrəman övladlarını daim hörmət və ehtiramla yad edir, onların əziz xatirəsi gələcək nəsillərin yaddaşında yaşayır.

Tədbir çərçivəsində məktəblilərin təqdim etdiyi bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda şeirlər, musiqilər və səhnəciklər qonaqlara duyğulu anlar yaşadıb. Şagirdlərin ifasında səslənən vətənpərvərlik mahnıları və qəhrəmanlıq ruhunu əks etdirən çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sonda Milli Qəhrəman Elşad Yəhyayevin həyat və döyüş yolunu əks etdirən foto-stendə baxış keçirilib, onun xatirəsinin daim uca tutulacağı bir daha vurğulanıb. 

Keçidlər