Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Mirvarid Dilbazi Poeziya” dərnəyinin açılış mərasimi keçirilib

03 mart 2026 | 18:07

03.03.2026-cı il tarixdə Xətai rayonunda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Vəli Məmmədov adına Mədəniyyət evində “Mirvarid Dilbazi Poeziya” dərnəyinin açılış mərasimi keçirilib.

Tədbirdə dövlət himni səsləndirilib, Vətən yolunda canında keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mirvarid Dilbazi Poeziya Dərnəyinin rəhbəri Güllü Eldar Tomarlı  qonaqları salamlayıb.
Cıxış edən Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının  sədri Ramin Mirzəyev, Bakı Mədəniyyət Baş İdarəsinin əməkdaşı Şəms Cəbiyeva, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və Ağsaqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov bu təşəbbüsü milli-mənəvi dəyərlərin qorunması, ədəbiyyatın və mədəni irsin təbliği baxımından mühüm addım kimi dəyərləndiriblər.

Vurğulanıb ki, dərnək Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin zəngin yaradıcılıq irsinin yaşadılmasına, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına və poeziyaya marağın artırılmasına xidmət edəcək. Eyni zamanda, tədbirdə milli sənət nümunələrinin, xüsusilə kəlağayı ənənəsinin təqdim olunması mədəniyyətimizin müxtəlif istiqamətlərinin bir araya gətirilməsi kimi dəyərləndirib.

İştirakçılar dərnəyin gələcək fəaliyyətinə uğurlar arzulayaraq onun ədəbi-mədəni mühitə töhfə verəcəyinə inandıqlarını ifadə ediblər.

Keçidlər