Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda müğənni Aygün Cahangirin konsert proqramı keçirilib

24 sentyabr 2026 | 23:00

24 sentyabr 2026-cı il tarixində Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” layihəsi çərçivəsində müğənni Aygün Cahangirin konsert proqramı keçirilib.

Konsert Xətai rayon İcra Hakimiyyəti,  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının təşkilatçılığı ilə keçirilib.

Tədbir musiqisevərlərin böyük marağına səbəb olub. Konsert proqramında müxtəlif musiqi nümunələri səsləndirilib, tamaşaçılara xoş və yaddaqalan anlar bəxş edilib.

Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində bu cür mədəni-kütləvi tədbirlərin keçirilməsi rayon sakinlərinin asudə vaxtının səmərəli təşkilinə, onların musiqi və incəsənətə marağının artırılmasına xidmət edir.

Keçidlər