Xətai rayonunda “Musiqili Bakı” layihəsi çərçivəsində muğam gecəsi keçirilib
28 sentyabr 2026-cı il tarixində Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” layihəsi çərçivəsində tanınmış müğənni Seyran Əliyevin ifasında muğam gecəsi keçirilib.
Konsert proqramı Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının təşkilatçılığı ilə baş tutub.
Musiqi axşamı rayon sakinləri və sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Konsert proqramı çərçivəsində Azərbaycan muğam sənətinin seçilən nümunələri səsləndirilib, tamaşaçılara zəngin musiqi duyğuları və xoş təəssüratlar bəxş olunub.
Tədbir zamanı milli musiqi irsimizin mühüm tərkib hissəsi olan muğam sənətinin təbliği və gənc nəslə çatdırılması istiqamətində belə layihələrin əhəmiyyəti vurğulanıb.
Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində təşkil olunan bu cür mədəni-kütləvi tədbirlər rayon sakinlərinin asudə vaxtının səmərəli və mənalı təşkilinə, onların musiqi və incəsənətə marağının artırılmasına, eləcə də milli-mədəni dəyərlərimizin təbliğinə mühüm töhfə verir.






