Xətai rayonunda “Musiqili Bakı” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib
01.10.2026-cı il tarixdə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” layihəsi çərçivəsində konsert proqramı təşkil olunub.
Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinın təşkilatçılığı ilə keçirilən tədbirdə rayon sakinləri iştirak ediblər.
Konsert proqramında Əməkdar artistlər Ruhəngiz Musəvi, Qorxmaz Əlicanzadə, Səlim Abbasov və digər incəsənət ustaları çıxış ediblər. Sənətçilərin ifasında təqdim olunan musiqi nümunələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin əsas məqsədi sakinlərin asudə vaxtının səmərəli təşkilinə töhfə vermək, milli musiqi və incəsənətin təbliğini təmin etmək, eyni zamanda şəhər sakinlərinə xoş istirahət imkanları yaratmaq olub.
Konsert proqramı iştirakçılara yüksək əhval-ruhiyyə bəxş edib və maraqlı musiqi axşamı ilə yadda qalıb.






