Xətai rayonunda narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Xətai rayonu ümumtəhsil məktəblərində narkomaniya ilə mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə Respublika Narkoloji Mərkəzinin nümayəndələri və rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov iştirak etmişdir.
Çıxışlar zamanı müasir dövrün ən ciddi problemlərindən biri olan narkomaniyanın bəşəriyyət üçün yaratdığı təhlükələrdən bəhs olunub. Qeyd edilib ki, narkotik vasitələr insan orqanizmini zəiflədir, sağlamlığa ciddi ziyan vurur və cəmiyyətin gələcəyi üçün təhlükə yaradır.
Tədbirin sonunda azyaşlılar arasında tütün məmulatları və alkoqollu içkilərin istifadəsinin və yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə mövcud hüquqi baza barədə məlumat verilib. Həmçinin “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş etdirilib.






