Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti həyət abadlaşdırılır.

24 sentyabr 2026 | 16:03

Xətai rayonunda əhalinin rahat və əlverişli yaşayış mühitinin formalaşdırılması, həyət və məhəllələrin müasir görkəmə gətirilməsi istiqamətində həyata keçirilən abadlıq-quruculuq işləri davam etdirilir. Abadlaşdırılan növbəti ünvan Babək prospekti 78-də yerləşən həyətdir.

Rayon İcra Hakimiyyəti və rayon bələdiyyəsinin təşkilatçılığı ilə ərazidə kompleks abadlıq və yaşıllaşdırma işlərinə başlanılıb. Əvvəlcə həyətin ümumi istifadədə olan hissələrində uzun illər əvvəl ayrı-ayrı sakinlər tərəfindən yerləşdirilmiş dəmir qarajlar götürülüb, ərazidəki yöndəmsiz və yararsız tikililər sökülərək sahə təmizlənib.

Hazırda həyətdə yeni yaşıllıq sahələri salınır, ağaclar və dekorativ kollar əkilir. Bununla yanaşı, ərazinin daha səliqəli və estetik görkəmə qovuşdurulması, sakinlərin gündəlik istifadəsi və istirahəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində işlər görülür.

Xətai rayonunda şəhər mühitinin daha da yaxşılaşdırılması, məhəllə və həyətlərin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.

Keçidlər