Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Sağlam həyat tərzi və davranış risk amilləri” mövzusunda maarifləndirici tədbirlər keçirilib

13 iyun 2026 | 16:19

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.2-ci bəndinin icrası çərçivəsində Xətai rayon İcra Hakimiyyəti və rayonun ümumtəhsil müəssisələrinin birgə təşkilatçılığı ilə məktəblərdə “Sağlam həyat tərzi və davranış risk amilləri” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə şagirdlərə sağlamlığın qorunması, gündəlik həyatda düzgün və sağlam seçimlərin edilməsi, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti və davranış risklərinin qarşısının alınması ilə bağlı ətraflı məlumatlar təqdim olunub. Mövzunun daha maraqlı və interaktiv şəkildə çatdırılması məqsədilə müxtəlif maarifləndirici videoçarxlar, bukletlər, plakatlar və digər informativ materiallardan istifadə edilib.

Görüşlər zamanı, həmçinin sağlam həyat tərzinin formalaşdırılmasına dəstək verən mobil tətbiqlər barədə məlumat verilib, onların imkanları və istifadəsi izah olunub. Şagirdlərə sağlam qidalanma, fiziki aktivlik, düzgün gündəlik rejim və sağlam davranış vərdişlərinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, sağlam həyat tərzinin təbliği və davranış risklərinin qarşısının alınması istiqamətində müxtəlif maarifləndirici resurslar Strategiyanın əsas icraçılarından biri olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb. Bu materialların daha geniş auditoriyaya çatdırılması məqsədilə onların elektron versiyaları, eləcə də mobil tətbiqlərin yüklənməsi üçün müvafiq keçidlər rayonun ümumtəhsil müəssisələrinin sosial şəbəkə hesablarında paylaşılıb.

Sağlam gələcəyin təməli sağlam seçimlərdən başlayır. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər şagirdlər arasında sağlam həyat tərzi vərdişlərinin formalaşdırılmasına, onların düzgün seçimlər etməsinə və davranış riskləri barədə məlumatlılığının artırılmasına xidmət edir.

Keçidlər