Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Səhnəmizin Şəfəq Çağı” adlı teatr-konsert proqramı keçirilib

16 sentyabr 2026 | 22:37

Sentyabrın 16-da Xətai rayonunda Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş “Səhnəmizin Şəfəq Çağı” adlı teatr-konsert proqramı keçirilib.

Tədbir həmçinin “Şəfəq” teatrının II mövsümünün açılışı münasibətilə təşkil olunub. Heydər Əliyev adına parkın amfiteatrında baş tutan gecədə teatr və musiqi sənətinin vəhdətini əks etdirən bədii proqram təqdim edilib.

Tamaşaçılara teatr səhnələrindən nümunələr, musiqi nömrələri və müxtəlif səhnə kompozisiyaları təqdim olunub. Açıq havada keçirilən konsertə çoxsaylı tamaşaçılar qatılıb.

Tədbir Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Hacıbaba Abbasov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

“Səhnəmizin Şəfəq Çağı” teatr sənətinin və milli musiqinin təbliği baxımından maraqlı mədəni layihələrdən biri kimi yadda qalıb.

Keçidlər