Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Tıq-Tıq xanım”  kukla tamaşası nümayiş olunub

18 oktyabr 2026 | 22:18
Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqların sevimli nağıllarından  biri olan “Tıq-Tıq xanım”  kukla tamaşası nümayiş olunub.
 
Ənənəvi Azərbaycan nağılı əsasında hazırlanan  tamaşa kiçik tamaşaçılarda böyük maraq doğurub. Maraqlı süjet xətti, rəngarəng kuklalar və peşəkar ifa tamaşaçılar – xüsusilə də uşaqlar üçün əyləncəli və mənalı bir gün yaşadıb.
 
Tədbirin əsas məqsədi uşaqların mədəni-estetik zövqünün formalaşdırılması, onların milli dəyərlərə və ədəbiyyata marağının artırılması olub. Kukla tamaşası balaca tamaşaçılarla yanaşı, valideynlər tərəfindən də yüksək qiymətləndirilib.

Qeyd edək ki, bu kimi mədəni tədbirlər Xətai rayonunda mütəmadi olaraq həyata keçirilir və uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində mühüm rol oynayır.

Keçidlər