Xətai rayonunda uşaqlar üçün “Cırtdan” kukla tamaşası təqdim edilib
07.08.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqlar üçün “Cırtdan” kukla tamaşası nümayiş olunub.
https://www.facebook.com/reel/1680078074127751
Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların milli-mənəvi dəyərlərimizə, folklor nümunələrinə və incəsənətə marağının artırılması məqsədi daşıyan tədbirdə balaca tamaşaçılara Azərbaycan xalq nağıllarının sevilən qəhrəmanı Cırtdanın macəralarından bəhs edən kukla tamaşası təqdim edilib.
Rəngarəng səhnə quruluşu, maraqlı süjet xətti və əyləncəli təqdimat uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Balaca tamaşaçılar tamaşanı maraqla izləyərək aktyorların çıxışlarını alqışlarla qarşılayıblar.






