Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda uşaqlar üçün “Üç quzu və Canavar” kukla tamaşası nümayiş olunub

16 avqust 2026 | 22:28

16.08.2026-cı il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqlar üçün “Üç quzu və Canavar” kukla tamaşası nümayiş olunub.

Uşaqların asudə vaxtının səmərəli təşkili və onların mədəni tədbirlərə marağının artırılması məqsədilə təşkil olunan tamaşa balacalar tərəfindən böyük maraqla qarşılanıb. Rəngarəng səhnə quruluşu, maraqlı süjet və obrazların təqdimatı uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.

 

Keçidlər