Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

27 fevral 2026 | 16:11

Xətai rayonunda Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirlərdə iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Xocalı faciəsi iki əsrə yaxın müddət ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifələrindən biridir. Onların məqsədi Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərərək erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşub, xalqımızın qəhrəmanlıq salnaməsinə şərəfli səhifələr yazıblar.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə də bu faciənin beynəlxalq aləmdə tanıdılması sahəsində ardıcıl və məqsədyönlü işlər görülüb. “Xocalıya ədalət!” şüarı ilə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilib.

Vətən müharibəsində qazanılan parlaq Qələbə və Böyük Zəfər deməyə əsas verir ki, xocalıların və bütün şəhidlərimizin qanı yerdə qalmayıb. Artıq Xocalıya və bütün Qarabağa Böyük Qayıdış prosesi başlanıb.

 
Keçidlər