Xətai rayonunun Kazımağa Kərimov küçəsində kompleks abadlıq işləri aparılır
Xətai rayonunda sakinlərin rahatlığının təmin olunması, küçə və prospektlərin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl olaraq davam etdirilir. Görülən işlər çərçivəsində növbəti abadlıq layihəsi Kazımağa Kərimov küçəsində icra olunur.
Aparılan yenidənqurma işləri çərçivəsində aidiyyatı qurumlar tərəfindən küçədə yerləşən müxtəlif xidmətlərə aid istismar müddəti bitmiş, köhnəlmiş kommunikasiya xətləri yeniləri ilə əvəz olunur. Sakinlərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə səkilər bərpa olunur. Küçə boyunca yerləşən yaşayış evlərinin estetik görkəmin saxlanılması üçün dam örtükləri və fasadları rənglənir. Küçənin gecə saatlarında işıqlandırılmasını yaxşılaşdırmaq üçün yeni işıqlandırma dirəkləri quraşdırılır. Küçənin asfalt örtüyünün təmamilə yenilənməsi üçün hazırlıq işləri aparılır.
Xətai rayonu ərazisindəki digər küçə və məhəllələrdə də abadlıq-quruculuq tədbirləri mərhələli şəkildə davam etdiriləcəkdir.






