Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun orta ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

09 may 2026 | 14:38

Xətai rayonunun orta ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirlərdə iştirak ediblər.

Tədbirlər çərçivəsində məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar təşkil olunub. Şagirdlər Ümummilli liderin zəngin dövlətçilik fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər və gənclərə göstərdiyi xüsusi diqqət barədə çıxışlar ediblər.

Məktəblərdə təşkil olunan tədbirlərdə qeyd olunub ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün uğurla davam etdirilir və onun ideyaları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

 

Keçidlər