Könüllülük fəaliyyəti
Xətai rayon İcra Hakimiyyətində "Könüllü fəaliyyəti"nə sən də qoşul.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.1995-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.
Könüllülər sırasına qoşulmaq istəyən 18-29 yaşlı gəncləri http://xatai-ih.gov.az/ saytında Konüllü anketini doldurub http://mail@khatai-ih.gov.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Namizədlər üçün tələblər:
İntizamlılıq;
Xoşrəftarlılıq;
Ünsiyyətcillik;
Operativlik;
Kollektivdə işləmək bacarığı;
Təşkilatçılıq;
Təşəbbüskarlıq;
Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00-13:00 – birinci növbə
- 14:00-18:00 – ikinci növbə
Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir.
- Əlaqə telefonları: (+994 12) 490-54-00
- Facebook: https://www.facebook.com/X%C9%99tai-rayon-%C4%B0cra-Hakimiyy%C9%99ti-173778893157406/?ref=bookmarks
Könüllülük fəaliyyəti haqqında qanun
“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında