Vətən Müharibəsi Şəhidləri
VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİMİZ
Abdurahmanlı Sübhan Mahir oğlu 18 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Subay idi. Sübhan Abdurahmanlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Abdürrahmanlı oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Sübhan Abdurahmanlı ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/2993
Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda Cavanşir Abbasov və Gülnarə Məmmədovanın ailəsində anadan olub. 1998–2002-ci illərdə Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002–2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006–2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. A. Həmid idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olmuş, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. 4 xarici dil biliyinə malik idi. 2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş 2013-cü ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca 2013–2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi davam etdirmişdir.2016–2017-ci illərdə Türkiyə Respublikasında, 2017–2018-ci illərdə Çin Xalq Respublikasında xüsusi təlim kurslarında iştirak etmişdir. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun baş leytenantı olan Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarət edən yüksəkliklər uğrunda gedən döyüşlərdə Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində qəhrəmancasına şəhid olmuşdur.
Həmid Abbasbəyli ölümündən sonra "Qarabağ" ordeni ilə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/351
Abbaslı Arif Firuz oğlu 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub.[1] 2000-2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir yaşlı Ləman adında qızı yadigar qaldı. Azərbaycan Ordusunun baş leytenantı olan Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arif Abbaslı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
Arif Abbaslı ölümündən sonra "Qarabağ" ordeni ilə, "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/353
Abbasov Ceyhun Natiq oğlu 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub.Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.
Ceyhun Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Snayper Taqımının Komandiri idi.
Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində savaşıb. Döyüşlər zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Ceyhun Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Abbasov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Ceyhun Abbasov ölümündən sonra "3-cü Dərəcəli Rəşadət" ordeni, "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/2557
Ağalarlı Toğrul Daşqın oğlu 1995-ci il yanvarın 31-də Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Ağalarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Ağalarlı oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Toğrul Ağalarlı ölümündən sonra "Vətən uğrunda","Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz doğulduğu Ağsu rayonunda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1336
Atakişiyev Tərlan Dərgah oğlu 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.1983-1992-ci illərdə Göylər kənd tam orta məktəbində, 1992-1994-cü illərdə Nərimanov rayonunda yerləşən Kimya-Biologiya təmayüllü məktəb-liseydə təhsil alıb. Ali təhsilini 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Ailəli idi. İki oğlu yadigar qaldı. Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmət edib.
Azərbaycan Ordusunun leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub.
Tərlan Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz doğulduğu Şamaxı rayonunun Göylər kəndində dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/2049
Babayev İqbal Zəki oğlu 1995-ci il sentyabrın 10-da Xətai rayonunda dünyaya göz açıb və 257 saylı orta məktəbə yollanıb. Orta məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olunur, ikinci kursdan isə öz istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasına keçir.
2018-ci ildə sözügedən Universitetin iqtisad fakültəsini bitirir. Elə həmin ilin iyun ayında hərbi xidmətə, Vətənin müdafiəsinə yollanır. Bir illik vətənə borcunu Naxçıvanda başa vurduqdan sonra 2019-cu ilin iyun ayında hərbidən təxris olunur. İqbalın arzusu bilik və bacarığını daha da artırmaq idi. Məhz bu səbəbdən təhsilini artırmaq üçün gecə-gündüz dövlət qulluğuna hazırlaşır…
Fəqət, hamının səbirsizliklə gözlədiyi Qarabağ savaşı başlayır. Hər bir Vətənsevər gənclərimiz kimi, İqbalın da qəlbi Vətən sevgisiylə atırdı. O, Xətai rayon Hərbi Komissarlığına üz tutur və Vətən uğrunda döyüşmək, Vətənin müdafiəsinə yazılmağı özünə şərəf bilir. Çox keçmədən ona çağırış vərəqəsi gəlir və qəhrəmanımız ön cəbhəyə yollanır. Cəbrayıl, Füzuli, Zəngilan istiqamətində gedən döyüşlərdə aslanlar kimi düşmənə qan uddurur. Kim bilərdi ki, İqbal Azərbaycan xalqının xatirəsində əbədi dastan yazanlardan olacaq.
Cənub istiqamətində gedən döyüşlərdə mətinliklə vuruşan İqbalın rəşadətini Vətəni heç vaxt unutmayıb, onun cəsurluğuna şəhadət gətirəcək. Döyüşçü yoldaşlarının dediyinə görə, düşməndən azad olunmuş yaşayış məntəqəmizin birinə üçrəngli bayrağımızı asmaq üçün dörd nəfər könüllüyə ehtiyac olur. İqballa birlikdə dörd nəfər irəli atılır. Bayrağımızı yüksəkliyə asmaq İqbalın nəsibindəymiş. Vətənin igid oğlu üçrəngli bayrağımızı sancdıqdan sonra mənfur erməninin namərd gülləsinə tuş gəlir. Bu hadisə oktyabr ayının 25-nə təsadüf edirdi.
Yenidən ərazi uğrunda düşmənlə döyüş gərginləşir. Təbii ki, çətin relyefdə hər qarış torpaq üçün usanmadan mücadilə etmək gərəkdir.
Beləliklə, İqbalın nəşini döyüş bölgəsindən çıxarmaq çətinləşir. Nəhayət, iki gündən sonra, yəni oktyabrın 27-si döyüşçü yoldaşları onun nəşini döyüş bölgəsindən çıxarmağa müvəffəq olurlar. Həyata əbədi gözünü yuman qəhrəmanımızı Beyləqan rayonuna gətirirlər.
Atası Şirvan Apellyasiya Məhkəməsinin hakimi (Mülki Kollegiyanın sədri) Zəki Babayev öz qəhrəman övladının nəşini Beyləqan rayonunda təhvil alır. Söz yox ki, hər bir valideynin çiyninə çökən ağır yük övlad itkisi yüküdür. Lakin şəhidlikdən doğan yük bilavasitə, həm də qürurlu yükdür.
Şəhidimiz ata-baba yurdu Qəbələdə dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1439
Babayev Vüqar İlham oğlu 2001-ci il iyulun 4-də Bakı şəhəri, Xətai rayonunda anadan olub. Atasızlıq Vüqarı yaşından tez böyüdüb. Ən böyük arzusu anasının başını uca etmək olub. Həmişə anasına "mən səni işləməyə qoymayacağam" deyərmiş.
Hələ 5 yaşında anasına «Mən şəhid olacağam» deyən Vüqar 18 yaşı tamam olan kimi hərbi xidmətə yollanmışdır. O, getməzdən əvvəl dostlarından, ətrafındakı hər kəsdən halallıq alaraq, "mənimlə fəxr edəcəksiniz" deyib.
Azərbaycan Ordusunun çavuşu kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Vüqar Babayev ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/2020
Baxşəliyev Qərib İnqilab oğlu 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.
Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002-2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.
2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanılıb.
Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə","Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Qərib Baxşəliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/366
Cəfərli Həmid Kərim oğlu 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olmuşdur. 8-ci sinifə qədər bu məktəbdə təhsil almışdır. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2007-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2011-ci ildə həmin məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirərək "leytenant" rütbəsi almışdır.
Daha sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilmişdir. Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci il tarixindən 24 iyun 2012-ci il tarixinədək TTM-də kəşfiyyatçı tağım komandiri kursunda təhsil almışdır. Ailəli idi, Cabbar və Hüseyn adlı 2 oğlu və Zeynəb adlı 1 qızı yadigar qaldı. Həmid Cəfərli 2012-ci ildə N saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün Tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildə hərbi hissə komandiri tərəfindən döyüş və ictimai hazırlıqda nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuş, "baş leytenant" rütbəsi almışdır. 2015-ci ildə isə Qazax rayonundakı N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilmişdir. 2016-cı ildə xüsusi xidmətlərə görə vaxtından əvvəl "kapitan" rütbəsi almışdır. 2017-ci ildə isə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Həmid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Cəfərli oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.
Həmid Cəfərli ölümündən sonra "3-cü Dərəcəli Rəşadət" ordeni, "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/544
Cümşüdov Orxan Sabutay oğlu 1993-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Cümşüdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cümşüdov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Orxan Cümşüdov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz doğulduğu Goranboy rayonunda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1590
Eyvazov Əbülhəsən Balaş oğlu 1 noyabr 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Ailənin kiçiyi, iki bacının bir qardaşı idi. Subay idi. Əbülhəsən 9 aylıq olarkən ailəsi Bakı şəhəri, Nardaran qəsəbəsinə, 3 yaşı olanda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsinə köçüb. 2003-cü ildə Əbülhəsən NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub. Əbülhəsən hər zaman öz tərbiyəsi, əxlaqı, mədəniyyətilə seçilib. Hər kəs onu "Əbi" deyə çağırardı. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılır. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçir. Əsgərlikdə olduğu vaxtlarda da hərbçi yoldaşları arasında hörmət qazanır, hətta komandiri, atası Balaş kişiylə görüşüb, ona təşəkkürünü bildirmək istəyib ki, - "belə övlad tərbiyə edən ataya minnətdarlıq bildirmək istəyirəm".
2016-cı ilin aprel ayında təxris qərarının çıxmağına baxmayaraq, "Aprel döyüşləri"nin başlanmasıyla əlaqədar Əbinin ordudan təxris olunması aprel ayının sonuna qədər ləngiyir və o, müharibədə iştirak edir. Bu müharibədə qəhrəmancasına iştirak edən Əbülhəsən, döyüşlər bitdikdən sonra xidmətini başa vurub, fəxri fərmanla təltif olunub evinə qayıdır.
2020-ci il sentyabr ayının 21-i, səfərbərlik elan olunması ilə əlaqədar Əbülhəsən hərbi təlimlərə çağırılır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayanda Əbi Füzuli rayonunda yerləşən hərbi bölmələrin tərkibində döyüşlərə qatılır. 30 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində yerləşən "bunker" adlanan yerə yaxın ərazidə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olur.
Eyvazov Əbülhəsən Balaş oğlu ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
https://memorial.az/az/qehremanlarimiz/1509
Əliyev Eldar Süleyman oğlu 1994-cü il fevralın 13-də Bakıda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olmuşdur. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültesinə daxil olmuşdur. Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutur. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayır. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb.
Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrılırdı.
2016-cı il hərbi xidmətdən qayıdan Eldar Əliyev, Azərbaycanın böyük şirkətlərinin birində, Azərbaycan Supermarket MMC-də işə başlayır. Çalışqanlığı və savadı ilə birlikdə şərablar haqqında olan bilgisi onu daha böyük şirkətlərdə daha yüksək vəzifələrə aparır və Azərbaycanın ən böyük oteli olan Bulvar Hoteldə çalışmağa başlayır. Eldar həmçinin özünü inkişaf etdirmək üçün xarici universitetlərin təşkil etdiyi kurslarda iştirak edir, beynəlxalq sertifikatlar əldə edirdi. İngilis, rus və türk dillərini mükəmməl bilirdi. Subay idi.
2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edir.
2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsinin başlaması ilə birlikdə Eldar da cəbhəyə könüllü olaraq yollanır. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 Oktyabr tarixində Füzuli rayonu döyüşlərində qəhrəmanca şəhid olmuşdur. Qeyd edək ki, Eldarın dayısı Əbilov Əfsər də Birinci Qarabağ Müharibəsində şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il sərəncamı ilə layiq görüldü.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Füzulinin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamı ilə layiq görüldü.
Dünyaca məşhur “Nyu-York Tayms” qəzeti İkinci Qarabağ Müharibəsi haqqında olan məqalələrindən birində Eldar Əliyevin şəhid olmasından bəhs etmişdi.
Şəhidimiz Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur.
https://memorial.az/az/qehremanlarimiz/2031
Əliyev Fizuli Vidadi oğlu 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.
Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlamışdır. Uzun müddət Murov dağında xidmət etmişdir. "N" saylı hərbi hissənin "Həmlə" Taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Fizuli Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fizuli Əliyev 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Fizuli Əliyev ölümündən sonra "Vətən uğrunda", "Rəşadət" ordeni, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1555
Əliyev Malik Təvəkkül oğlu 1986-cı il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhərində 10 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat şəhərində Hərbi Dəstəsində Komendant Bölüyünün Komandiri, 2015-ci ildən isə Horadiz şəhərində Sərhəd Dəstəsinin Komendaturasının Qərargah rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Malik Əliyev ölümündən sonra "Vətən uğrunda","Vətənə xidmətə görə" ordeni ilə, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhid Malik Əliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/465
Əliyev Rüfət Fizuli oğlu 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010—2014-ci illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. Nişanlı idi.
Rüfət universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan Rüfət əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub. Öz arzusu ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli rayonu, Hadrut, Cəbrayıl rayonu, Xudafərin, Zəngilan rayonu istiqamətlərində döyüşlərdə iştirak edib. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənd istiqamətində şəhid olmuşdur.
Şəhidimiz Bakıda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/224
Əliyev Samir Əliheydər oğlu 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Samir Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Samir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Əliyev sentyanrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1099
Əliyev Timur Nurəddinoviç 1984-cü il mayın 29-da Çirçig şəhərində anadan olub. 1998-ci ildən ailəsi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Ailəli idi. Bir qızı yadigar qaldı.
Timur Əliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Timur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Timur Əliyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.
Timur Əliyev ölümündən sonra "Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/2233
Əsgərov Fərid Ərəstun oğlu 21 may 1996-cı il tarixində Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olmuşdur.
2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirmişdir. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur.
Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində işləmişdir. Fərid Əsgərov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə xidmətini başa vurmuşdur.
Fərid Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılmışdır. 3 oktyabr 2020-ci il tarixində döyüşlərə qatılmışdır.
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərid Əsgərov 4 noyabr 2020-ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.
Şəhidimiz doğulduğu Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunmuşdur.
https://memorial.az/az/qehremanlarimiz/2025
Əsgərov Rüfət Mürvət oğlu 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub.
1988-1996-cı illərdə Xətai rayonunda Ə. Əliyev adına 204 nömrəli tam orta məкtəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) təhsil alıb.
Kəşfiyyatçı olan Rüfət Əsgərov ailəli idi, 2 övladı yadigar qaldı
"Leytenant" hərbi rütbəsi ilə Rüfət Əsgərov 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində, "baş leytenant" hərbi rütbəsi ilə isə 2009-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. "Kapitan" hərbi rütbəsində 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2014-cü ildə "mayor" hərbi rütbəsi ala Rüfət Əsgərov, həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinin (AAHM) "Kəşfiyyat" Kafedrasının baş müəllimi idi.
Azərbaycan Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra "3-cü Dərəcəli Rəşadət" ordeni, "Vətən uğrunda" medalı, "Hərbi xidmətlərə görə” medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/767
Həsənov Ceyhun Aydın oğlu 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub.
1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məкtəbdə, 2001–2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.
Ailəli idi . 2 əkiz oğlu var.
Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ceyhun Həsənova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda","Füzulinin azad olunmasına görə","Qubadlının azad olunmasına görə" ,"Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1832
Hüseynov Nazim Yaqub oğlu 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.
Ailəli idi. Bir oğul övladı yadigar qaldı.
Nazim Hüseynov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir
Azərbaycan Ordusunun mayoru olan Nazim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nazim Hüseynov oktyabrın 8-də Hadrut döyüşləri zamanı şəhid olmuşdur.
Nazim Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz doğulduğu İmişli rayonunda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1765
Hüseynov Nurlan Madər oğlu 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur.
Ailəli idi.
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrin də xidmət etməyə başlamışdır.
2018-ci ildə Türkiyənin İzmir şəhərin də keçirilən ən yaxşı snayperçi yarışında 24 dövlət arasında birinci yeri tutmuşdur. Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nurlan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nurlan Hüseynov oktyabr ayının 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.
Nurlan Hüseynov ölümündən sonra "3-cü Dərəcəli Rəşadət" ordeni "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/2595
Hümbətov İlqar Vüqar oğlu 1996-cı il iyunun 13-ü Bakıda doğulmuşdur. Bakı şəhəri 116 №-li tam orta məktəbdə təhsil almışdır.
Subay idi.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi çərçivəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.
Əsgər Hümbətov İlqar Vüqar oğlu ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
https://memorial.az/az/qehremanlarimiz/2255
Xudiyev Tural Rəfail oğlu 1998-ci il noyabrın 27-də Bakı şəhərində anadan olub.
2005-2016-cı illərdə Xətai rayonunda 138 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə isə Azərbaycan Texniki Universitetinin (ATU) "Nəqliyyat və logistika" fakültəsinə qəbul olub. 2018-ci ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Subay idi.
Tural Xudiyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Tural Xudiyev, hərbi xidmətinin bitməsinə dörd gün qalmış 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmağa başlayıb. Tural Xudiyev Vətən müharibəsi zamanı Kəlbəcərin, Suqovuşanın, Ağdərənin, Hadrutun, Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşaltı və digər istiqamətində gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardımın göstərilməsində, həmçinin döyüş meydanından təxliyə edilməsində fərqlənib. Tural Xudiyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub.
Tural Xudiyev ölümündən sonra "3-cü Dərəcəli Rəşadət" ordeni "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə" ,"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimiz Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/2582
İbrahimov Xeyrulla Mais oğlu 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olub. 1978-1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb.
Xeyrulla İbrahimov 1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı və Anar oğlu yadigar qaldı.
Xeyrulla İbrahimov 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi - Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib.
Xeyrulla İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə Komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini - MTT bölmə rəisi vəzifəsində xidmət edib. 2004-cü il iyunun 30-da "polkovnik-leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayan məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub.
Xeyrulla İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, "Azərbaycan Bayrağı" ordeni,"Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/253
İsmayılov Orxan Zöhrab oğlu 1990-cı il yanvarın 23-də Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Ailəli idi.
Azərbaycan Ordusunun əsgəri olan Orxan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.
Orxan İsmayılov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz doğulduğu Ucar rayonunda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1361
Kazımov Elvin Ədalət oğlu 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub.
1993-2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci ildə Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzinin " Zabit İxtisas Kursu"nu bitirib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun 2010-cu il tarixli əmri ilə " leytnant" hərbi rütbəsi verilib və "N saylı hərbi hissədə " leytnant vəzifəsində işə başlayıb.
Mexanikləşdirilmiş taborun qərərgah rəisinin kəşfiyyat üzrə köməkçisi - kəşfiyyat taqımının komandiri, motatıcı taqım komandiri, dağ - atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ( AHM) kursant taqım komandiri - müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motatıcı bölük komandiri vəzifələrində xidmət edib. " Kapitan " hərbi rütbəsinədək yüksəlib.
Azərbaycan Ordusunun kapitanı olan Elvin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Kazımov oktyabrın 6-da Talış döyüşləri zamanı şəhid olub.
Elvin Kazımov ölümündən sonra "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/217
Kazımov Kamran Qurbanəli oğlu 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub.
Onun atası — Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997-2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb.
Ailəli və 2 övlad atası idi.
2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başladı və xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində davam elədi.
2012-2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 2018-ci ilin iyul ayından Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində Qrup Komandiri vəzifəsində xidmət edib. 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Kazımov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Kamran Kazımov "Qarabağ" ordeni ,"Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə" medalarlı ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/97
Kərimov Sənan Rəhman oğlu 1991-ci il martın 29-də Ağdam rayonunda anadan olub.
2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.
Sənan Kərimov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Sənan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sənan Kərimov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Sənan Kərimov ölümündən sonra "Vətən uğrunda" , 3-cü dərəcəli "Rəşadət" ordeni , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1766
Barat Quliyev Nizami oğlu 1991-ci il 22 dekabr tarixində Beyləqan şəhərində anadan olub.
1999-2010-ci illərdə orta təhsilini Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə alıb.
2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Suraxanıda yerləşən hərbi hissədə xidmət edib. 2012-ci ildə xidməti başa vurmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olmuşdur. Azərbaycan Silahlı Qüvvələri sırasında manqa komandiri kimi çalışmışdır. 2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında sürücü vəzifəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Barat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Barat Quliyev sentyabr 29-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Barat Quliyev ölümündən sonra "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə" , "İgidliyə görə" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/1940
Quliyev Rəşad Rəşid oğlu 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub. Əslən Quba rayonundan idi.
1990-1998-ci illərdə Xətai rayonunda A. Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Ailəli idi. Dərya və İnci adında 2 qızı yadigar qaldı.
Rəşad Quliyev ali hərbi təhsilini bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgələrində yerləşən hərbi hissələrində xidmət edirdi.
Rəşad Quliyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən Canavar ləqəbini qazanıb. Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda" "Azərbaycan Bayrağı" ordeni ,"Cəbrayılın azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə" ,"Qubadlının azad olunmasına görə" medalarlı ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/671
Mailov Rafael İlqar oğlu 1994-cü il aprelin 16-da Bakı şəhərində anadan olub.
2012-2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin 841r qrupunda təhsil alıb.
Könüllü olaraq Vətən müharibəsində iştirak edib.
Füzuli və Cəbrayılda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Oktyabrın 14-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsiznə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Rafael Mailov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/1438
Mahmudov Tamerlan Fuad oğlu 1995-ci il martın 21-də Suraxanı rayonunda anadan olub.Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai Rayon Şöbəsinin üzvü idi.
Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Tamerlan Mahmudov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub.
Tamerlan Mahmudov ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Suraxanı rayonunda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1982
Mehdizadə Mərdan Əhməd oğlu 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni", "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Şəki rayonunun Göybulaq kəndində dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/356
Məhərrəmov Fərid Asif оğlu 8 fevral 2002-ci ildə Bakı şəhərində anadan оlub.
Əslən Zəngilan rayonu Cahangirbəyli kəndindən olan Fərid Məhərrəmov ilk təhsilini 2009-cu ildə Xocəvəd rayon tam оrta ümumtəhsil məktəbində alıb. Təhsilini 2019-cu ildə Kəlbəcər rayon 17 saylı məktəbində bitirib. Məktəbdə oxuduğu illər ərzində idmanın Qaydasız döyüş növü ilə məşğul olub. Bu idman növündə bir neçə fəxri adlar alıb. Gürcüstan respublikasında keçirilən yarışlarda 1-ci yerə layiq görülüb.
2020-ci ilin may ayında Bərdə rayonuna həqiqi hərbi xidmətə yollanıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində Goranboy, Tərtər və Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib.
Məhərrəmov Fərid Asif оğlu 07 oktyabr 2020-ci il tarixdə Ağdərə və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olub. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məhərrəmov Fərid Asif оğlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı, “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhidimiz Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir.
https://memorial.az/az/qehremanlarimiz/814
Məlikov Elvin İlham oğlu 20.03.2001-ci ildə Bakı şəhərində doğulub. Şəhidimiz ailənin ilk övladı olub. İlk təhsilini Bakı şəhərində- Xətai rayon 24 saylı tam orta məktəbdə alıb. Dərslərinə diqqətlə yanaşan Elvin savadlı olmağı ilə seçilib.
Zəhmətkeş və ailəsinə bağlılığı onu yaşıdlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri olub. Elvin 15-16 yaşlarında həm dərslərini oxuyur, universitetə hazırlaşır, həm də işləyərək ailəsinə dəstək olurdu.
Gürcüstanda Beynəlxalq münasibətlər ixtisasında təhsil alsa da, atasının qəfil vəfatından sonra universiteti tərk edib və 19.10.2019-cu ildə hərbi xidmətə yollanıb. XTQ-də xidmət edən Elvin snayperdə yaxşı atıcılıq qabiliyyəti ilə seçilib. Xidmətinə Ağcabədidə başlayan qəhrəmanımız Vətən müharibəsi zamanı ön cəbhədə vuruşub. Füzulinin azad olunması istiqamətində aparılan əməliyyatlarda iştirak edib.
5 gün yatmadan Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Elvin Qaraxanbəyli kəndində gedən döyüşlər zamanı 03.10.2020-ci ildə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
https://memorial.az/az/qehremanlarimiz/1376
Məmmədov Fuad Valeryeviç 1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə "Helikopter pilotu" ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağrılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. "Səma" ansamblında rəqslə məşğul idi. Təhsil müddətində Türkiyə, Gürcüstan və Rusiya kimi ölkələrdə rəqs turlarında iştirak edib. Bakıda "Jara" filminin çəkilişlərində iştirak edib və əsas aktyorlardan birinin dublyoru olub.
21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə həlak olub.
Ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ,"Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı ,"Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
https://memorial.az/az/qehremanlarimiz/1296
Məmmədzadə Kəmaləddin Vüqar oğlu 1999-cu ildə sentyabrın 14-ü Bakıda anadan olmuşdur. 2006-ci ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2017-ci ildə orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. Kəmaləddin 2 il ali təhsil aldıqdan sonra, üçüncü kursa keçid edərkən təhsilini dondurur və hərbi xidmətə yollanır və 10 ay xidmət edir.
Müharibədə sentyabr ayının 27-sindən başlayaraq noyabırın 8-nə kimi işğal olunan torpaqların geri qaytarılması uğrunda döyüşür. O, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində döyüşmüşdür. Döyüşün 44-cü günü — noyabrın 9-u səhər saat 5:00 radələrində Şuşa şəhərində boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə”,"Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Saatlı rayonunun Xələfli kəndində dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/2175
Məmmədov Rəcəb Xalid oğlu 22 iyul 1995 - ci ildə Ucar rayonunda anadan olmuşdur.
2014 - cü ildə hərbi xidmətə çağırılmışdır . II Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə döyüş bölgəsinə getmişdir . Füzuli istiqamətində gedən gərgin döyüşlərdə bir neçə erməni canlı qüvvəsini məhv edib.
06.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhidlik zirvəsinə ucalib.
Rəcəb Məmmədov ölümündən sonra "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/1608
Məmmədov Rəcəb Yolçu oğlu 1996-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olan Rəcəb 2002-ci ildə doğma kəndlərində birinci sinifə getsə də, Bakı şəhəri Xətai rayonundakı 269 saylı orta məktəbdən məzun olub.
Rəcəb 7-ci sinifdə oxuyanda ailəsi Bakıya köçüb və o burada orta, sonra isə ali məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olan Rəcəb 2019-cu ildə ali məktəbi bitirib, magistr təhsili almaq üçün qardaş Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyan Rəcəb Bakıya qayıdır və evdə bildirir ki, Vətənə borcunu ödəmək üçün əsgərliyə getmək istəyir, magistr təhsilini sonra davam etdirmək niyyətindədir.
2020-ci ildə Ağdamda əsgəri xidmətə başlayan Rəcəbin ən böyük arzusu işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində iştirak etmək olub. Rəcəb şəhidliyə uşaq vaxtından hazırlaşırdı sanki. “Uşaqlıqdan şəhid olmaq arzusu ilə yaşayıb, yeniyetmə olanda elə hey deyirdi ki, ana, haqqını halal et, bəlkə mən şəhid oldum... Deyirdi ki, ana, mən şəhid olsam, bəlkə Allah bütün günahlarımı bağışlayar. Deyirdim ki, ay oğul, sənin nə günahın var ki? Balam uşaqlıqdan özünü şəhidliyə hazırlayırdı elə bil. Türkiyədə magistrlik oxuyurdu, təhsilini yarımçıq qoyub əsgərliyə getdi. Müharibə başlayanda əsgəri xidmətdə idi, tərxis olunmağına bir neçə ay qalmışdı. Ön cəbhədə olduğunu məndən gizlədirdi. Hər dəfə danışanda deyirdi ki, mən öndə deyiləm, arxadayam, ana, narahat olma. Amma hər dəfə danışanda atəş səsi eşidirdim, qulağıma güllə səsləri gəlirdi. Demə ki, Qubadlıda, Zəngilanda vurşub, bu rayonlarımızın düşmən tapdağından azad edilməsində iştirak edib, amma bunu məndən gizlədib. Deyirdim ki, Rəcəb, sən öndəsən, niyə məndən gizlədirsən, “yox, öndə deyiləm” deyirdi hey. Balam gizlənən oğlan deyildi. Ön cəbhəyə könüllü getmişdi, demişdi ki, yoldaşlarım hara, mən də ora. Məndən gizlətsə də, qardaşına deyib ki, ön cəbhədəyəm, öndə döyüşürəm, yanımda nə qədər əsgər yoldaşım şəhid oldu, yaralandı, amma biz irəliləyirik, düşməni darmadağın edirik.
https://memorial.az/az/qehremanlarimiz/1335
Məmmədov Rəşad Asif oğlu 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub. 1994 - cü ildə 116 nömrəli tam orta məktəbdə təhsilə başlamışdır, 2004-cü ildən təhsilini 14 saylı Peşə Liseyində davam etdirmişdir. 2006-cı ildə həmin liseydən məzun olmuşdur.
Subay idi.
2006-ci ildə "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamış, 2007-ci ildə tərxis olmuşdur. Daha sonra 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizir hazırlığı kursu keçmiş, "Piyadanin Döyüş Maşını komandiri" ixtisasına yiyələnmiş və gizir hərbi rütbəsi ilə Naxçıvan Muxtar Respublikasında Döyüş Maşını komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlamışdır. Müxtəlif hərbi hissələrdə xidmət edən Məmmədov Rəşad, son olaraq "N" saylı hərbi hissədə Döyüş Maşını komandiri vəzifəsinə təyin edilmişdir. 27 sentyabrdan başlayaraq İkinci Qarabağ Müharibəsində iştirak etmiş Qubadlı , Füzuli , Şuşa uğrunda döyüşlərdə savaşmış, Qubadlı uğrunda döyüşlərdə yaralanmışdır, 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında komandiri olduğu Döyüş maşınının şəxsi heyəti ilə birlikdə şəhid olmuş, 3 dekabr 2020-ci ildə ailəsinə təhvil verilmişdir. Əhmədli qəbristanlığında dəfn edilmişdir.
Ölümündən sonra "Vətən uğrunda" ,"Cəsur döyüşçü" ,"Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
https://memorial.az/az/qehremanlarimiz/1851
Məmmədov Rövlan Qurban oğlu 2001-ci il mayın 24-də anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Rəşadətlə döyüşüb.
2020-ci il oktyabrın 15-də Füzulini azad edəndən sonra Rövlan və döyüşçü yoldaşları Cəbrayıl istiqamətinə keçib. “Vışka” deyilən yerdə açıq döyüşdə yanında minaatan mərmisinin partlaması nəticəsində şəhid olub”.
"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
https://memorial.az/az/qehremanlarimiz/2396
Məmmədov Vüsal Qüdrət oğlu 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində anadan olub.
Ailəli idi.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Vüsal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məmmədov oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Vüsal Məmmədov ölümündən sonra "Fizulinin azad olunmasına görə" medalı, "Qarabağ" ordeni , "Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/281
Mirzəyev İlqar Anzor oğlu 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi. İlqar Mirzəyev 1980-1990-cı illərdə ildə Qardabani şəhərində tam orta məktəbdə təhsil almışdır. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) vermişdir.
İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuş və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirmişdir.
2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.
İlqar Mirzəyev Güllü Mirzəyeva ilə ailəli idi. Elvin adında oğlu və Gülnarə adında qızı var idi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.
İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olmuşdur. Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Komandir müavini olan general-mayor Polad İsrayıl oğlu Həşimov, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olmuşdur.
İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətirilmişdir. Axşamüstü İlqar Mirzəyevin nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilmişdir.
Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutmuşdur.
Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı vermişdir.
Şəhidimiz Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/3172
Pənahov Əkbər Bəylər oğlu 1990-cı il avqustun 12-də anadan olub.
Ailəlidir, iki övladı var.
Azərbaycan Ordusunun kapitanı olan Əkbər Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Pənahov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Uzun müddət davam edən axtarış əməliyyatlarından sonra 10 iyul 2021-ci tarixində nəşi tapılıb. "Vətən uğrunda" medalı,"Kəlbəcərin azad olunmasına görə" medalı, "3-cü Dərəcəli Rəşadət" ordeni ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
Musayev Sədi Süleyman oğlu 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.
1985-1993-cü illərdə Qıvraq qəsəbəsində S. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.
Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sədi Musayev sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub.
Sədi Musayev ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni ,"Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Şəhidlər Xiyabanında dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/493
Niftəlizadə Niyamin Xaliq oğlu 1997-ci il yanvar ayının 15-də Şahbuz rayuonunun Nursu kəndində anadan olub.
Bakı şəhəri Xətayi rayonunda yerləşən 191 saylı məktəbdə oxumuşdur. 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində təhsilini davam etdirib. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda xidmətdə olub. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 2-ci peşə təhsili alaraq aşpazlıq sənətinə yiyələnib.
Azərbaycan Ordusunun əsgəri olan Niyamin Niftəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Niyamin Niftalizadə oktyabr ayının 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub.
Niyamin Niftəlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/294
Nəcəfov Fuad Taleh oğlu 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Fuad Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Nəcəfov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Fuad Nəcəfov ölümündən sonra "Qarabağ" ordeni,"Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz doğulduğu İsmayıllı rayonunda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/410
Ramaldanov Babək Meyvəddin oğlu 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub.
Əslən Qusar rayonundan idi. Milliyyətcə ləzgi idi. 1989-1997-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb.
Ailəli idi. Ramaldan və Süleyman adında 2 oğlu yadigar qaldı.
Onun dayısı — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Ramaldanov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.
Babək Ramaldanov ölümündən sonra "Fizulinin azad olunmasına görə" medalı, "Vətən uğrunda" "Azərbaycan Bayrağı" ordeni ,"Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/612
Rəfibəyli Əbdülrza Şəmməd oğlu 2 iyun 1998 - ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub.
2004-2015 - ci illərdə N.Nərimanov rayonunun Montin qəsəbəsində yerləşən Tahir Həsənov adına 57 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 27 iyul 2016 ci ildən 4 yanvar 2018 - ci ilə kimi Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət edib. Hərbi təlimlərdə döyüş vərdişlərinə yiyələnərək topçu ixtisası üzrə təcrübə qazanmışdı.
2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Tovuz istiqamətində başlayan döyüşlərdə general Polad Həşimovun şəhid olmasından sonra Azərbaycanın vətənpərvər gənclərindən biri kimi Əbdülrza da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə cəbhəyə könüllü getmək üçün müraciət etmişdi. Sentyabrın 21-dən hərbi təlimlərə qatılmışdı.
Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Əbdülrza Rəfibəyli Xocavənd- Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasna həlak olub. Şəhid olandan 40 gün sonra nəşi tapılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Hazırda 57 saylı məktəbin sinif otaqlarından biri şəhid Əbdülrza Rəfibəylinin adını daşıyır.
Şəhidimiz dekabrın 4-də Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1532
Rəfiyev Ülvi Rəfail oğlu 1996-cı il avqustun 16-da Ordubad şəhərində anadan olub.
2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb.
Nişanlı idi.
Ülvi Rəfiyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Xətai Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Rəfiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ülvi Rəfiyev ölümündən sonra "Vətən uğrunda" ,"Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz Suraxanı rayonunda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/610
Rəhimli Kamil Vəli oğlu 1993-cü il aprelin 19-da Bakida Yasamalda anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Rəhimli sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Kamil Rəhimli ölümündən sonra "3-cü Dərəcəli Vətənə xidmətə görə" ordeni, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/2414
Rüstəmov Rövşən Orxan oğlu 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub.[1] 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan Tərlan Əliyarbəyovun nəticəsidir. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb.
Subay idi.
Rövşən Rüstəmov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Rövşən Rüstəmov oktyabrın 6-da şəhid olub.
Rövşən Rüstəmov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı, "Vətən uğrunda" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/596
Rzayev Vüsal Tofiq oğlu 14 aprel 1996-cı ildə Şabran rayonunda anadan olmuşdur.
2003-cü ildə 5N-li liseydə 1-ci sinfə gedib. Vüsal məktəb vaxtlarından idmanı sevmiş, güləşlə məşğul olmuşdur. 2015-ci ildə Bakı Peşə Liseyini bitirmişdir. Həmin ilin iyul ayının 3-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Murovdağ zirvəsində davam etmişdir.
2015-ci ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti dövründə 2016-cı ildə aprel döyüşlərində iştirak edib və Murov dağ silsiləsində xidmətini başa vurub. Hərbi xidmətdə baş atıcı kimi fəaliyyət göstərib. Əsgərlik zamanı hər zaman nizam-intizamı ilə seçilib, verilən tapşırıqları vaxtında yerinə yetirib. Hərbi xidmət zamanı fəal döyüş qabiliyyəti göstərdiyinə görə xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən təşəkkürnamə alaraq hərbi xidməti fərqlənmə ilə başa vurub.
Hərbi xidməti dövründə bir dəfə ən yüksək postda (Koroğlu postunda) olan Vüsal gecə gələn erməni kəşfiyyatçılarını görür və tez komandirinə xəbər verir. Həmin gün Vüsalın sayəsində bir çox erməni kəşfiyyatçıları tutulur və buna görə komandiri tərəfindən təşəkkürnamə alır.
21.09.2020-ci il tarixində hərbi səfərbərliyə çağırılmışdır. 27.09.2020 tarixində hərbi hissədən Füzuli rayonunun Kürdmahmudlu kəndinə döyüşə getmişdir. Vətən müharibəsinin ilk günündən Rəşadətli Azərbaycan Ordusunun üzvü olaraq, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib, döyüş meydanında şücaət göstərərək bir neçə məntəqənin düşmən işğalından azad edilməsində iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, oktyabrın 8-də düşmən tərəfindən mühasirəyə düşmüşdür. 3 gün mühasirədə ac-susuz qalmış, 11 oktyabrda mühasirədən çıxmışdır. 14 oktyabrda Aşağı Seyidəhmədli Qırmızıbazar istiqamətində döyüşə qatılmış və həmin döyüşdə itkin düşmüşdür. 14 oktyabrdan 9 dekabra qədər haqqında heç bir məlumat alınmadığı üçün 50 gündən çox müddətdə itkin kimi axtarışa verilmişdir. 9 dekabrda ailəsinə şəhidlik xəbəri verilmişdir.
Vüsal Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz Suraxanı rayonunda Dədə Qorqud Şəhidliyində dəfn edilib.
https://memorial.az/az/qehremanlarimiz/314
Rzazadə Həsən Vüqar oğlu 1994-cü il iyunun 15-də anadan olub. Əslən Zəngilan rayonundan idi.
Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Rzazadə noyabrın 1-da Laçın döyüşləri zamanı şəhid olub.
Həsən Rzazadə "Qarabağ" ordeni ,"Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/358
Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub.
Salayev Elşən Fuad oğlu 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmiş, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub. Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlədə iştirak edərək aktiv tələbəlik həyatı keçirmişdir. Universitet həyatının ikinci ilində Elşən “Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarımillik bir müddətdə təhsilini davam etdirmişdir.
2017-2018-ci illərdə Elşən Salayev 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdir. Elşən, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdir.
Mükəmməl rus və ingilis dillərini bilən Elşənin vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi.
Elşən Salayev, 2019-cu ildə ali məktəbi bitirmişdir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbiyə böyük marağı olmuşdur.Tərtərdəki N saylı hərbi hissədə vətənə xidmətini davam etdirirdi. Vətən Müharibəsinin başlaması ilə vətənin müdafiəsi üçün döyüşlərə qatılmışdır. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak etmişdir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər alına bilmirdi. Təxminən 1 ay sonra acı xəbər gəldi. Elşən Salayev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuşdur.
Şəhidimiz 18 noyabr tarixində Bakı şəhərində dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1688
Səfərov Hikmət İldırım oğlu 1972-ci il İyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub.
Ailəli idi. 2 oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda şəhid olub.
Hikmət Səfərov ölümündən sonra "3-cü Dərəcəli Rəşadət" ordeni, "Vətən uğrunda","Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1008
Şahmarlı Vüsal Mərdan oğlu 11 oktyabr 1996-cı ildə İmişli rayonunun Sarıxanlı kəndində dünyaya göz açmışdır. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıtmış və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir.
Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə hərbi xidmətinə başlamışdır. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən Dördgünlük müharibədə iştirak etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Vüsal xüsusilə, biznes sahəsində çalışmışdır.
2020-ci ilin iyul-sentyabr aylarında Vüsal Şahmarlı da səfərbər olunmuş, 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak etmişdir. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olmuşdur.
Vüsal Şahmarlı ölümündən sonra "Vətən uğrunda" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
https://memorial.az/az/qehremanlarimiz/2030
Şikarov Nəcəf Şikar oğlu 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. 1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam tam orta məktəbində, 1999-2002-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun kapitanı olan Nəcəf Şikarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcəf Şikarov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.
Nəcəf Şikarov "Qarabağ" ordeni ,"Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" ,"Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/370
Şükürani Şükran Rüfət oğlu 2001-ci il dekabrın 4-də Xətai rayonunda anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Şükran Şükürani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şükran Şükürani oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükran Şükürani ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
https://memorial.az/az/qehremanlarimiz/2283
Şükürlü Elvin Azad oğlu 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabadın Şiləvəngə kəndində almışdır. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət etmişdir.
Atası Azad Şəkərov, ehtiyyatda olan kapitandır, Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.
Qardaşı Elnur Şükürlü Azərbaycan Ordusunun zabitidir.
Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.
A Elvin Şükürlü ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhidimiz 2021-ci il yanvar ayının 22-də 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
https://memorial.az/az/qehremanlarimiz/457
Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub.
2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində döyüşlərə qatılır. 7 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Ulubəyov Nurəhməd ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz 9 oktyabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilib.
https://memorial.az/az/qehremanlarimiz/1775
Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə anadan olub. 2018-ci ildə orta məktəbi bitirən Elmir, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Texniki Kollecinin "Nəqliyyat daşımalarının təşkili" fakültəsinə daxil olub. 25 aprel 2019-cu il tarixdə çağırışla təhsilini yarımçıq qoyub hərbi xidmətə yola düşüb. Bakının N saylı hərbi hissəsində Həmlə taborunda xidmət etməyə başlamışdır. Xidmətini bitirməyə 4 gün qalmış ll Qarabağ müharibəsi başlayıb. O da digər əsgərlər kimi müharibəyə yollanaraq bir çox rayonların alınmasında iştirak edib. 28 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zivəsinə ucalıb.
Şəhidimiz ata-baba yurdu olan Şəki rayonunun Zunud kəndində dəfn olunub.
https://memorial.az/az/qehremanlarimiz/1370
Yaqubov Fəxrəddin Yaqub oğlu 1962-ci il iyulun 9-da Qubadlı rayonunun Yusifbəyli kəndində anadan olub. Ailəli idi, bir oğlu bir qızı yadigar qaldı.
1969-1979-cu illərdə Qubadlı rayon Çay Tumas kənd tam orta məktəbində təhsil alıb. 1979-1980-ci illərdə Bakıda 12 saylı Peşə məktəbində "soyuducu təmirçisi" ixtisası üzrə təhsilini davam etdirmişdir.
Fəxrəddin Yaqubov 1980-1982-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Bir müddət Bakı şəhərində sərnişin daşıma nəqliyyatında işləyən Yaqubov 15 ildən artıq Xətai rayonunda 7 nömrəli Təcili Tibbi Yardım Stansiyasında çalışırdı. 2020-ci ilin fevralından Azərbaycanda da aşkar olunmağa başlayan Koronavirus pandemiyası zamanı Yaqubov Təcili Tibbi Yardım (TTY) Stansiyasının sürücüsü kimi koronavirus xəstələrini xəstəxanaya çatdırmışdır.
Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 28-dən Vətən müharibəsində könüllü olaraq çalışmağa başlamışdır.
Fəxrəddin Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlər zamanı ölən və yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını döyüş meydanından çıxran Təcili Tibbi Yardım (TTY) avtomobilinin sürücüsü olub. Fəxrəddin Yaqubov noyabrın 22-də Laçın rayonu ərazisində azaraq Ermənistan Ordusunun olduğu əraziyə daxil olub. Nəticədə Fəxrəddin Yaqubov ermənilər tərəfindən əsir götürülüb və öldürülüb. Meyidi noyabrın 30-da Azərbaycan tərəfinə təhvil verilib.
Şəhidimiz Xətai rayonunda dəfn olunub.
APREL ŞƏHİDLƏRİMİZ
Musazadə Təbriz Tariyel oğlu 1981-ci ilin 12 avqust günündə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində Tovuz və Tariyel Musazadələrin ailəsində anadan olub.
Mayor Təbriz Musazadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.
Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatıldı. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin qəhrəmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ağayev Rusif İbrahim oğlu 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.
Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi. Sınaqlarda uğurla keçən 12 hərbçi arasında Rusif Ağayevdə olur və öz muradına çatır.
Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə böyük qəhrəmanlıq göstərmiş, Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Öz əsgər yoldaşlarını qurtaran zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.
Novruzov Mirzə Səlvər oğlu 1984-cü ildə Bakı şəhərində anadan olub. Mirzə Novruzov ailəli idi, iki övladı yadigar qalıb. Baş leytenant Mirzə Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 5-i isə Mirzə Novruzov doğulduğu Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytennt Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Mirzə Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
Məmmədov Rasim Əbdül oğlu 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədovun atası Əbdül Məmmədov müharibədə Naxçıvanda strateji yüksəklik olan Mil təpədə aldığı güllə yarası ayaqlarını iflic etmişdi 25 ildən artıq əlil arabasında ömür yaşadı və 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat etdi.
Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə getdi və 1994-cü ildə həmin məktəbi bitirdi. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirdi. Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini N saylı hərbi hissədə davam etdi.
Asim adında oğlu və Aysu adında qızı yadigar qalıb.
Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Dəfn mərasiminə minlərlə şəhər rayon ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edildi.
Şəhidimiz aprelin 5-də doğulduğu Babək rayonunun Cəhri kəndində dəfn olunub.
Baxışov Seymur Qulamhüseyn oğlu 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurdu; Amin adında bir oğlu yadigar qalıb.
Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid oldu.
Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Əzizzadə Xaliq Həsən oğlu 1996-cı ilin 27 avqust günündə Şərur şəhərində anadan olub. Xaliq Əzizzadə Xətai rayonunda yerləşən M. Hacıyev adına 116 saylı tam orta məktəbi bitirib.
Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 6-sı isə Xaliq Əzizzadə Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əzizzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Xaliq Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Niftalıyev Rəşad Şakir oğlu 1993-cü ilin 19 avqust günündə Zəngilan rayonunda anadan olub.
Əsgər Rəşad Niftalıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 9-u isə Rəşad Niftalıyev doğulduğu Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Niftalıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rəşad Niftalıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Orucov Müşviq Arif oğlu 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış.
Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb.
Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabuta sarılan döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.
Azərbaycan əsgəri Müşfiq Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Qurbanov Tural Gürşad oğlu 1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində Solmaz və Gürşad Qurbanovların ailəsində anadan olub.
Gizir Tural Qurbanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 11-i isə Tural Qurbanov doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Tural Qurbanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Tural Qurbanovun xatirəsinə həmin ilin iyun ayında "ANS" telekanalında yayımlanan "Alın yazısı" verilişinin bir bölümü həsr olundu.
Ziya Həsənov Niyazi oğlu 1989-cu ilin 11 oktyabr günündə Ağdam şəhərində anadan olub. 2016-cı ilin 8 iyun günündə Ziya Həsənovun ölümündən sonra Yağmur adında qız övladı dünyaya gəldi.
Baş leytenant Ziya Həsənov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 5-i isə Ziya Həsənov Bərdə şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Həsənov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Ziya Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Hərbi Xidmətdə Fərqlənməyə görə III Dərəcəli medalı ilə təltif olunub.
Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. Daha sonra, 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşdü və şəhid olub. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verib.
Fevralın 6-sı saat 09.30-da isə Çingiz Qurbanov ilə vida mərasimi baş tutdu. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov və bir sıra digər rəsmi şəxslər qatılıb. Çingiz Qurbanov doğulduğu Qusar şəhərində torpağa tapşırılıb.
2017-cı ilin 7 fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülüb.
Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Qurbanovun ailə üzvlərini qəbul etib, şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz medalı"nı və Bakı şəhərində üç otaqlı mənzilin orderini təqdim edib.
ŞƏHİDLƏRİMİZ QÜRUR MƏNBƏYİMİZDİR!