09.07.2025-ci ildə Vətən Müharibəsi şəhidi Yaqubov Fəxrəddin Yaqub oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub
09 iyul 2025 | 16:30
09.07.2025-ci ildə Vətən Müharibəsi şəhidi Yaqubov Fəxrəddin Yaqub oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub, xatirəsi yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!






