Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR

08 may 2017 | 11:00
8 may   2017-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri   iştirak edib.

Qəbulda ümumilikdə 15  vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən Fuad Baladadaşov, Vəsilə Sadıqova, Bəsti Hüseynova, Aygün Əliyeva, Xanlar Əsgərov, Zahid Qafarov, İlqar Əliyev və digər vətəndaşlar tərəfindən əsasən, sosial və  kommunal, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilmişdir.  Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər. Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

 

Keçidlər