Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda faşizm üzərində Qələbənin ildönümü münasibətilə keçirilən tədbirlər davam edir

09 may 2017 | 11:00

09.05.2017-ci il tarixdə Xətai rayonunda İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib.

Tədbir iştirakçıları əvvəlcə,   Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun, xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Müharibənin tarixinə nəzər salan Xətai rayon İcra Hakimiyyətinin başçısının  müavini Teymur Əzizov bildirib ki, Azərbaycanın Böyük Vətən Müharibəsi zamanı qələbə əldə olunmasında böyük rolu olub.  Məhz həmin illərdə oğul, qızlarımızın ön və arxa cəhbədə göstərdikləri şücaət, eləcə də cəbhəyə göndərilən neft məhsullarının 85-90 faizini Azərbaycanın verməsi qələbədə onların böyük payı olduğunu göstərir.

 Rayonun Əhmədli kəndində keçirilən tədbirdə isə qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində məhz bu kənddən olan  178 nəfər müharibədə iştirak edib ki və onlardan 55 nəfəri şəhid olub. Hazırda isə rayon ərazisində 500-ə yaxın Böyük Vətən müharibəsi veteranı var.

Tədbirdə çıxış edən veteranlar müharibə haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər və  bu gün dövlət tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyevə və İcra Hakimiyyətinin nümayəndələri  tərəfindən rayon ərazisində yaşayan bir qrup müharibə veteranları evlərində ziyarət olunub, onlara ərzaq bağlamaları paylanılıb. 

Keçidlər