Mərkəzi Neftçilər xətəxanasında pulsuz tibbi müayinə aksiyası keçirilib
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10.05.2017-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Mərkəzi Neftçilər xətəxanasında pulsuz tibbi müayinə aksiyası keçirilib.
Aksiyadan şəhid ailələri, Qarabağ, Böyük Vətən müharibəsi, 20 Yanvar əlilləri, ahıl və kimsəsiz insanlar olmaqla ümumilikdə 150-dən çox vətəndaş yararlanıb. Müraciət edənlərin hər biri xəstəxanadakı ən son müasir aparatlardan keçib və peşəkar tibbi personal tərəfindən lazımı yardımlar alıb. Hər hansı xəstəlikləri aşkarlanan insanlar isə pulsuz əməliyyat üçün qeydiyyata alınıb.
Keçirilən aksiyada əsas məqsəd görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də bu qəbildən olan insanların sağlamlıqlarında yaranan problemləri aradan qaldırmaqdır.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Ümummilli Liderin həyat və yaradıcılığından danışaraq diqqətə çatdırıb ki, Ulu Öndərin ad günü münasibətiylə rayonun bir sıra təhsil müəsisələrində o cümlədən səhiyyə ocaqlarında müxtəlif səpkili tədbirlər keçirilir. Məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi sayəsində ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib.
Mərkəzi Neftçilər xəstəxanasının baş direktoru Leyla Seyidbəyova və digər çıxışçılar bildiriblər ki, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb. Ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev əməyinin nəticəsidir.