Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətinin hazırladığı yubiley proqramında həmişə xüsusi yer alan Gül bayramına bu il xüsusi hazırlıq görülmüşdür

08 may 2013 | 10:00

07.05.2013-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin hazırladığı yubiley proqramında həmişə xüsusi yer alan Gül bayramına bu il xüsusi hazırlıq görülmüşdür. Heydər parkında təşkil olunana bayram tədbirinə rayon sakinləri də böyük maraq göstərmişlər. Parkda daha çox diqqət çəkən 90 illik yubileyləri qeyd olunan ümummilli lider Heydər Əliyev və görkəmli alim, akademik Zərifə Əliyevanın çoxdan Azərbaycanda böyük məhəbbətin sədaqət rəmzinə çevrilmiş gül kompozisiyası oldu.  38 orta ümumtəhsil məktəblərinin, 48 körpələr evi uşaq bağçalarının, iki yaradıcılıq mərkəzinin hazırladıqları müxtəlif növ kompozisiyalar, eləcə də C.Naxçıvanski adına hərbil liseyin qarşısından 500 nəfər gəncin iştirakı ilə başlanan yürüş Bakı şəhər İcra Hakimiyyətindən gələn müsiflər heyətinin böyük marağına səbəb oldu. Bütün iştirakçıların hazırladıqları və ulu öndərə sevgidən soraq verən kompozisiyaları və əl işlərini diqqətlə seyr edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov təəssüratlarını yerindəcə müəlliflərə bildirir və onlara təşəkkür edirdilər. Beləcə iş gününün sonuna yaxın dahi azərbaycanlı, böyük öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş gül bayramı və ona baxış sona çatdı.

Keçidlər