Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblimiz Roman Heydərov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

15 may 2017 | 11:00

Mayın 14-də Xətai rayonundakı 138 saylı tam orta məktəbin 11-ci sinif şagirdi  karateçisi Roman Heydərov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının finalında qalib gələrək milli komandamızın 13-cü qızıl medalını qazanıb.

Roman Heydərov kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan karateçiləri “Bakı-2017”də üçüncü qızıl medalı aktivlərinə yazıblar.

Qeyd edək ki, Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib.

Roman Heydərov yeniyetmə və gənclər arasında dünya kubokunun qalibi olub. O, həmçinin Avropa çempionatının ikiqat bürünc medalçısıdır.

Xətai rayon ictimaiyyəti adından qalib məktəblimiz təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

Keçidlər