Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun gənc istedadları İslam Həmrəyliyinə öz töhfələrini verirlər

19 may 2017 | 11:00

Xətai rayonu  şəhər sakinləri bayramsayağı bəzədilmiş Heydər Parkına, rayondakı mədəniyyət və incəsənət dərnəklərində istedadlarını cilalayan yeniyetmə gənclərin ölkəmizdə yaşanan “İslam Həmrəyliyi İli”nə töhfələri ilə tanış olmağa toplaşmışdılar. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə düzənlənən tədbirdə çıxış edən aparatın İctimai- Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edlməsi ilə əlaqədar ölkədə, o cümlədən, Xətai rayonunda görülən işlər, həyata keçirilən layihələr, bu sahədə dövlət siyasətinin mahiyyəti və son günlər paytaxt Bakıda uğurla keçirilən  IV İslam Həmrəyliyi oyunları haqqında geniş məlumat verdi.

Pənah İmanov çıxışında qeyd etdi ki, dünyada baş verən münaqişələrə, bir çox siyasi kataklizmlərə və lokal müharibələrə baxmayaraq, Azərbaycan, öz Prezidentinin uzaqgörən, müstəqil xarici siyasəti sayəsində bütün bunlardan həm iqtisadi müstəvidə, həm mədəni-mənəvi müstəvidə ləyaqətlə keçə bilmiş, hətta bir çox bəşəri problemlərin həllinə öz daxilindəki yaşam tərzi, siyasətilə nümunə göstərmişdir. Natiq daha sonra bildirdi ki, dövlət başçısının sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamıdır. Prezident İlham Əliyev son dərəcə sistemli və bir-birini tamamlayan bu siyasi addımlarla son dərəcə həssas və dərin mətləbləri nəzərə almışdır. Azərbaycandakı həyat tərzi və dövlət siyasətindən də aydın görünür ki,  bizim elan etdiyimiz İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur. Bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyi dərinləşdirməyə xidmət edir. Çıxışda həmçinin qeyd edildi ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi,  Xətai rayonunda da milli-mənəvi dəyərlərimizə, azərbaycançılıqla yanaşı tolerantlıq məfkurəsinə mühüm diqqət yetirilir. Pənah İmanov Bakıda davam edən İslam Həmrəyliyi oyunlarında Azərbaycan komandasının uğurlarından da geniş məlumat verdi və çıxışını yekunlaşdıraraq bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır. Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir.

Sonra söz yeniyetmə istedadlara verildi. “Səma” rəqs qrupu üzvlərinin  müxtəlif xalqların rəqslərinin bacarıqla nümayişi, müxtilif musiqi nömrələri böyük tamaşaçı alqışları ilə qarşılandı. Gənc rəssamların birbaşa  Parkın ərazisində  “İslam Həmrəyliyi İli” və Bakı IV İslam Həmrəyliyi Oyunları mövzusunda çəkdikləri rəsmlər də tədbirdə tamaşaçı kimi iştirak edən sakinlər tərəfindən böyük maraqla izlənildi. 

Keçidlər