Qələbənin 68-ci ildönümü
09.05.2013-cü il tarixdə Xətai rayonunda da İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib. Tədbir iştirakçıları əvvəlcə sovet ittifaqı qəhrəmanı Həzi Aslanovun, xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Müharibənin tarixə nəzər salan Xətai rayon icra hakimiyyətinin başçısının birinci müavini Zaməddin Əkbərov bildirib ki, Azərbaycanın Böyük Vətən Müharibəsi zamanı qələbə əldə olunmasında böyük rolu var. Məhz həmin illərdə oğul, qızlarımızın ön və arxa cəhbədə göstərdikləri şücaət, eləcə də cəbhəyə göndərilən neft məhsullarının isə 85-90 faizini Azərbaycanın verməsi qələbdə onların böyük payı olduğunu göstərir. Rayonun Əhmədli kəndində keçirilən tədbirdə isə qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində məhz bu kənddən 178 nəfər müharibədə iştirak edib ki,onun da 55 nəfəri şəhid olub. Hazırda isə rayon ərazisində 600-ə yaxın Böyük Vətən müharibəsi veteranı var. Çıxış edən müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.