Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ərəb çadırları qurulub

20 may 2017 | 11:00

Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 4C ünvanında, “Ağ şəhər bulvarı” adlanan ərazidə  paytaxt sakinləri və əcnəbilər Səudiyyə Ərəbistanının ölkəmizdə nümayiş etdirdiyi mədəniyyət və milli mətbəxi ilə tanış olublar.
Bu təqdimat ölkəmizdə keçirilən IV İslam Oyunları çərçivəsində baş tutub. Mayın 20-dək ərəb düşərgəsinə təşrif buyuran hər kəs maraqlı rəqs nümunələri və fərqli mədəniyyətin şahidi olub.
Burada ərəblər çadırlara yaxınlaşan insanlara özləri qulluq edib, onları maraqlandıran sualları cavablandırıblar. Ərəb kofesinin və ədviyyatlarının iyi isə ərazidən keçən hər kəsi valeh edib. Çadırlara gələn hər kəs maraqlı vaxt keçirməklə yanaşı islami rəmzlər olan hədiyyələr də əldə ediblər.

Keçidlər