RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR
22 may 2017-cı il tarixdə rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edib.
Qəbulda ümumilikdə 12 vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən Cəmilə Ağayeva, Məlahət Əhmədova, Qəhrəman Əliyev, Tələt Vəliyev, Xanlar Bayramov, Tofiq Məmmədov və digər vətəndaşlar tərəfindən əsasən, sosial və kommunal, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilmişdir. Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər. Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.