Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda yaz-yay mövsümü ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

23 may 2017 | 11:00

Rayon Mənzil Kommunal Təsərrüfüt Birliyində keçirilən tədbirdə Xətai rayon İcra Hakimiyyəti  Aparatının şöbə müdirləri, Xətai rayon Polis İdarəsinin İctimai təhlükəsizlik və profilaktika şöbəsinin rəisi Emin Yunusov,  Başçının SİƏD üzrə nümayəndələri, Xətai rayon Bələdiyyəsinin və Əhmədli Bələdiyyəsinin sədrləri, Rayon GEM-nin, Bakı Şəhər Dezinfeksiya Stansiyası Rayonlararası Bölməsinin, Xətai rayon Yanğın Mühafizə Bölməsinin və rayonun Xidmət Sahələrinin rəhbərləri iştirak ediblər. 

     Tədbirdə çıxış edən rayon Mənzil Kommunal Təsərrüfüt Birliyinin rəisi Əvəz İsmayılov çıxış edərək bildirmişdir ki, rayon ərazisində yaz-yay mövsümü ilə əlaqədar  sanitariya-epidemioloji tədbirlərin gücləndirilməsi və yanğın təhlükəsi hallarının qarşısının alınması  məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsinə dair  rayon İcra Hakimiyyətinin Başçısı cənab Razim Məmmədovun müvafiq  sərəncamı əsasında “Tədbirlər planı”  hazırlanıb və icra olunması üçün rayonun aidiyyatı Xidmət Sahələri məlumatlandırılıb və xidməti ərazilər üzrə Mənzil-Kommunal İstismar Sahələrinə  tapşırıqlar  verilib. Əvəz İsmayılov qeyd edib ki, yaz-yay mövsümü ilə əlaqədar ərazilərdə yanğın təhlükəsinin baş vermə ehtimalı çoxalır və yoluxucu xəstəliklərin qarşısının alınması üçün sanitariya nəzarətinin gücləndirilməsinə, lazımi profilaktiki tədbirlərin görülməsinə zərurət yaranır . Bu səbəbdən rayon ərazisində abadlıd–təmizlik işlərinin aparılması, kompleks sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticə verir. Əhaliyə verilən içməli suyun keyfiyyətinə nəzarətin artırılması, su hovuzlarının yuyulması və proflaktiki dezinfeksiya işlərinin aparılmasına diqqət artırılmalıdır. Mövsümlə əlaqədar ərazilərdə qanunsuz süd və ət məhsullarının satışının qarşısının alınması,  sanitar normalara uyğun ət kəsimin aparılması,  qanunsuz ət kəsimi və küçə ticarətinə qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Rayonun Məzahir Rüstəmov küçəsində hər həftənin şənbə və bazar günləri təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasının bitdikdən sonra ərazinin təmizlənməsi,  yuyulması, dezinfeksiya işlərinin aparılması nəzarətdə saxlanılmalıdır. Bərk-məişət tullantılarının gündəlik daşınmasının və zərərsizləşdirilməsinin təşkili, konteyner meydançalarının vaxtaşırı dezinfeksiya olunması, yaşayış binalarının zirzəmisində çirkab-qrunt suların qarşısının alınması və məhəllədaxili ərazilərdə, o cümlədən, körpələr evi-uşaq bağçalarının və orta ümumtəhsil məktəblərinin ərazilərində tez  alışan  yanğın təhlükəli quru otların təmizlənməsi insan sağlamlığı və ekoloji vəziyyətlə bağlı olduğu üçün bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsi  qarşımızda duran vacıb məsələdir. Həmçinin, rayon əhalisinin sağlamlığının qorunması və ətraf mühit amillərinin təsirinin aradan qaldırılması istiqamətində  aparılan Dövlət sanitariya nəzarətinin gücləndirilməsi üçün zəruri tədbirlər görülməlidir.
     Digər çıxış edənlər -Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı Şöbəsinin müdiri Hüseyn Abbasov, Xətai MKTB-nin baş mühəndisi Sahib Babayev, rayon GEM-nin direktoru Tufan Tarverdiyev, Bakı Şəhər Dezinfeksiya Stansiyası Rayonlararası Bölməsinin direktoru Yusif  Rəhimov, Xətai rayon Yanğın Mühafizə Bölməsinin məsul əməkdaşı Anar İsayev, Xətai rayon Polis İdarəsinin içtimai təhlükəsizlik və proflaktika şöbəsinin rəisi  Emin Yunusov yaz-yay mövsümü ilə əlaqədar sanitariya-epidemioloji  norma və qaydalara əməl olunması, baş verə biləcək yanğın təhlükəsi hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində rayon ərazisində görülən işlər  haqqında ətraflı məlumat verib, geniş müzakirələr aparıblar. Qeyd olunub ki, görülən işlərin və qabaqlayıcı tədbirlərin məsuliyyətini və vacibliyini bir daha göz önünə alaraq rayon əhalisinin sağlamlığı, təhlükəsizliyi və ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində bütün imkanlar səfərbər  olunmalı və  ölkə başçısı cənab İlham Əliyevin hər bir məmurun qarşısında qoyduğu vəzifə və öhdəliklər layiqincə yerinə yetirilməlidir.

Keçidlər