Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 263 saylı məktəbdə “Sağlam həyat tərzi seç, sağlam yaşa” adlı tədbir keçirilib

24 may 2017 | 11:00

24.05.2017-ci il tarixdə Xətai rayonundakı 263 nömrəli məktəbin akt zalında şagird və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği, düzgün qidalanmanın insan orqanizminə faydalarından bəhs edən “Sağlam həyat tərzi seç, sağlam yaşa” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Nurqələm Bayramova, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı şəhər baş təhsil idarəsinin nümayəndəsi  Tural Mirzəyev, Bakı şəhər təhsil idarəsi təlimə dəstək mərkəzinin bölmə müdiri Səidə Musayeva, həkim psixiatr Orxan Fərəcli və digərləri qeyd ediblər ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın şəhər və rayonlarında gənclərin maraqlarına uyğun olaraq  müxtəlif studiyalar, kompüter və xarici dil kursları, virtual siniflər, xalq sənətkarlığı - xalçaçılıq, toxuculuq və sair emalatxanalar, dərnəklər, internet klub və kafelər, elektron kitabxanalar, konfrans, müasir formatlı kino və diskoteka zalları, sərgi salonları fəaliyyət göstərir. İdmanın inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində bu gün idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bölgələrdə 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı şəhərində isə istənilən beynəlxalq yarışı keçirmək üçün ən müasir və gözəl idman obyektləri fəaliyyət göstərir.

Tədbir çərçivəsində Azərbaycanın tanınmış sənətçilərinin və məktəbin şagirdlərinin ifalarında musiqilər səsləndirilmiş, səhnəciklər nümayiş etdirilmişdir. 

Keçidlər