Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 171 nömrəli məktəbdə Respublika günü münasibətilə tədbir keçirilib

25 may 2017 | 11:00

25.05.2017-ci il tarixdə Xətai rayonundakı 171 nömrəli məktəbin akt zalında “28 may –Respublika Günü” ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra çıxış edən YAP-nın Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov və digər qonaqlar bildiriblər ki,  Azərbaycanda qədim dövlətçilik ənənələri mövcud olsa da, siyasi-iqtisadi struktura və ictimai əsaslara malik dövlət 1918-ci ildə qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları qısa müddət ərzində demokratik respublika təsis edərək, ölkədə demokratik təsisatlar, parlament, konstitusiya yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi bir çox uğurlara imza atıblar.

Çıxışçılar bildiriblər ki, müstəqilliyini bərpa etdikdən sonra işğalla üzləşən və vətəndaş müharibəsinin astanasında olan Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və ölkənin müasir inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ölkədəki hərc-mərcliyə son qoyan, cəmiyyətin bütün təbəqələrini vahid dövlətçilik ideyası ətrafında birləşdirməyə müvəffəq olan Heydər Əliyev respublikada ciddi islahatlara start verərək iqtisadi yüksəlişə, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına nail oldu. Regionun ən sürətli, ən dinamik inkişaf edən dövlətinə çevrilən Azərbaycan bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində etibarlı və mühüm amilə çevrilib. Təhlükəsizlik və sabitlik ölkənin iqtisadi, siyasi və demokratik inkişafının təməl prinsipləridir. Bu gün Azərbaycan qonşu, eləcə də Avropa ölkələri üçün mühüm enerji təminatçısı olmaqla yanaşı, həm də enerji və nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar və fəal iştirakçıdır. Ölkəmiz yerləşdiyi regionda sabitliyin təmin olunmasında xüsusi nüfuza malik dövlətdir.  

 Tədbir çərçivəsində Azərbaycanın tanınmış sənətçilərinin və məktəbin şagirdlərinin ifalarında musiqilər səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.

 

Keçidlər