Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 147 saylı Texniki-humanitar liseydə “Təbiət ilhama çağırır bizi” adlı tədbir keçirilib

25 may 2017 | 11:00

25.05.2017-ci il  tarixdə Xətai rayonundakı  147 saylı Texniki-humanitar liseydə “Təbiət ilhama çağırır bizi” adlı botanika məclisi keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbənin baş məsləhətçisi Aytən Sadıqova,  YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının sədri Aygün Əhmədli, rayonun digər məktəblərinin direktorları, liseyin müəllim və şagird kollektivi  iştirak ediblər.

İlk öncə lisey şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Tədbirdə müxtəlif təbiət ünsürlərinin-dəniz, günəş, səma, çiçək rənglərində geyimlər geyinmiş  məktəblilər təbiətə həsr olunmuş mahnılar, şeirlər səsləndirib, çiçəklərlə bəzədilmiş masaların üzərində müxtəlif çiçək, gül motivli  şirniyyatlar, tortlar, yeyinti məhsulları nümayiş etdiriblər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov ölkəmizdə son illərdə təhsilin yüksələn xətlə inkişaf etməsindən, ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkə  təhsilinə diqqət və qayğısından danışıb.

Liseyin direktoru Arif Əsədov tədbirin məqsədi, şagirdlərdə müxtəlif bacarıqların formalaşdırılması, vətənə, torpağa bağlılıq ruhunun inkişaf etdirilməsi baxımından bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Liseyə  uzun illər rəhbərlik edən əməkdar müəllim  Həlimə Mehdiyeva çıxış edərək bizi əhatə edən dünyanı, onun təbiətini sevməyin, onu qorumağın, gələcək nəsillərə bu sevgini aşılamanın vacibliyini vurgulayıb. 

Tədbirdə liseyin şagirdlərinin hazırladıqları maraqlı  rəqs nömrələri qonaqlara maraqlı anlar yaşadıb.

Keçidlər