Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 265 nömrəli məktəbdə Respublika günü münasibətilə tədbir keçirilib

26 may 2017 | 11:00

28 may-Respublika günü münasibətilə Xətai rayonunda fəaliyyət göstərən 265, 95, 245, 257 saylı tam orta məktəblərdə və Humanitar fənnlər təmayüllü liseydə silsilə tədbirlər keçirilib.

26.05.2017-ci il tarixdə Xətai rayonundakı 265 nömrəli məktəbdə keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra çıxış edən məktəbin direktoru Yeganə Qurbanova, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,  məktəbin tarix müəllimi Vüsalə Mehdiyeva və digər qonaqlar bildiriblər ki,  Azərbaycanda qədim dövlətçilik ənənələri mövcud olsa da, siyasi-iqtisadi struktura və ictimai əsaslara malik dövlət 1918-ci ildə qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları qısa müddət ərzində demokratik respublika təsis edərək, ölkədə demokratik təsisatlar, parlament, konstitusiya yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi bir çox uğurlara imza atıblar.

Çıxışçılar bildiriblər ki, müstəqilliyini bərpa etdikdən sonra işğalla üzləşən və vətəndaş müharibəsinin astanasında olan Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və ölkənin müasir inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ölkədəki hərc-mərcliyə son qoyan, cəmiyyətin bütün təbəqələrini vahid dövlətçilik ideyası ətrafında birləşdirməyə müvəffəq olan Heydər Əliyev respublikada ciddi islahatlara start verərək iqtisadi yüksəlişə, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına nail oldu. Regionun ən sürətli, ən dinamik inkişaf edən dövlətinə çevrilən Azərbaycan bu gün Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində etibarlı və mühüm amilə çevrilib. Təhlükəsizlik və sabitlik ölkənin iqtisadi, siyasi və demokratik inkişafının təməl prinsipləridir. Bu gün Azərbaycan qonşu, eləcə də Avropa ölkələri üçün mühüm enerji təminatçısı olmaqla yanaşı, həm də enerji və nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar və fəal iştirakçıdır. Ölkəmiz yerləşdiyi regionda sabitliyin təmin olunmasında xüsusi nüfuza malik dövlətdir.  

 Tədbir çərçivəsində məktəbin şagirdlərinin ifalarında musiqilər səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.

 

Keçidlər