Şriftin ölçüsü :

Saytın rəngi :

Sahilboyu zolaqda yerləşən və dənizin görüntüsünü bağlayan tikililərin təftiş olunması ilə bağlı əraziyə baxış keçirilib

27 may 2017 | 11:00

27.05.2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, Xətai və Əhmədli bələdiyyələrinin rəhbərləri,  MKTB-nin məsul əməkdaşları və xidmət sahələrinin nümayəndələrinin iştirakı ilə Nobel prospekti, Zığ yolu, Naximov küçəsi ilə Xəzər dənizinin sahilboyu zolağında yerləşən və dənizin görüntüsünü bağlayan tikililərin təftiş olunması ilə bağlı yerində əraziyə baxış keçirib.  

Baxış zamanı məlumat verilib ki, bu ərazilər müxtəlif dövrlərdə ayrı-ayrı vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt olunaraq hasarlanmış və özbaşına tikintilər aparılmışdır. Eləcə də, bildirilib ki, bu ərazidə mərkəzi kanalizasiya xətti olmadığından bütün çirkab sular birbaşa dənizə axıdılır. Bu isə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır.

Bununla əlaqədar rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq komissiya yaradılmış və işçi qrupları artıq ərazidə vətəndaşlar tərəfindən qeyri-qanuni şəkildə zəbt olunmuş sahələrin hasarları sökür, ərazilər inşaat tullantılarından təmizləyir.

Həmçinin, ərazidə qeyri-qanuni tikililərin qarşısını almaq məqsədilə nəzarət məntəqələri yaradılmışdır.

 

Keçidlər