Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı S. Mehmandarov küçəsində əsaslı təmir işlərinə başlanması ilə əlaqədar hazırlıq işləri və Q. Məmmədov küçəsində aparılan abadlıq işləri ilə tanış olmuşdur

27 may 2017 | 11:00

27.05.2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, Xətai və Əhmədli bələdiyyələrinin rəhbərləri,  MKTB-nin məsul əməkdaşları, xidmət sahələrinin iştirakı ilə rayonun general S.Mehmandarov küçəsində yolun hərəkət zolağının əsaslı təmiri ilə bağlı əraziyə baxış keçirib.

Qeyd olunub ki, ərazi əsasən, çoxsaylı, hündürmərtəbəli binalardan ibarətdir. Son dövrdə ərazidə əhali sayının sıxlığı ilə əlaqədar, bir sıra sosialyönümlü tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Eləcə də, sovet dönəmindən salınmış asfalt örtüyü bir çox yerlərdə təmamilə yararsız vəziyyətə düşmüş, səkilərdə və ərazinin estetik görünüşünə xələl gətirən yöndəmsiz obyektlər tikilib. Buna görə də həmin ərazilərdə əsaslı tədbirlər görülməsi məqsədilə bütün yolboyu abadlıq-quruculuq işlərinin sürətləndirilməsi, obyektlərin müasir memarlıq üslubuna uyğynlaşdırılaraq yenidən qurulması üçün müvafiq tapşırıqlar verilib.

 İşlərin gedişatı zamanı mövcud yaşıllıqlara aqrar xidmətin gücləndirilməsi, eləcə də yeni yaşıllıq zolaqlarının salınması, sakinlər tərəfindən qeyri-qanuni hasarlanmış bağ-bostan sahələrinin təmizlənməsi, müxtəlif təyinatlı  obyektlərin sahibləri tərəfindən zəbt olunmuş səkilərin bərpa edilməsi ilə əlaqədar müvafiq göstərişlər və tapşırıqlar verilmişdir.

Daha sonra Qədir Məmmədov küçəsi 7-9 ünvanlarına gələn rayon İcra Hakimiyyətinin başçısı, artıq ərazidə başlanmış təmizlik-abadlıq işlərinin  gedişi və yeni salınacaq parkın vəziyyəti ilə maraqlanıb. müvafiq göstərişlər vermişdir.

Keçidlər